Bazar araşdırması üçün yaradılan yerli portal “Econaider.com”–ın layihəsindən ilkin görüntülər.

Bazar araşdırması üçün yaradılan yerli portal “Econaider.com”–ın layihəsindən ilkin görüntülər.

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon


Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində fəaliyyətinə başlayan iqtisadi və maliyyə portalı "econaider.com” ilk baxışdan təhlil və analitika saytına bənzəsə də, bu sadəcə aysberqin görünən tərəfidir. Əsas hədəfləri Azərbaycanda startap, orta və kiçik bizneslərə yardım etməklə, sahibkarlara bazar araşdırması, bazarın vəziyyəti, rəqiblər, bazar qiymətləri və bu kimi məlumatları onların fəaliyyət sahəsinə uyğun olaraq çatdırmaqdır. Hal hazırda saytın təhlil, analizlər, iqtisadi lüğət və Econaider Finance kateqoriyaları istifadəyə verilib. Bu sayt vasitəsilə iqtisadi ekspertlər tərəfindən aparılan analizlər, bazarın vəziyyətinin təhlili və bazarda olan şirkətlərin maliyyə vəziyyətləri, hesabatları ilə tanış ola bilərsiniz.

Növbəti addımda iqtisadi və maliyyə terminalını istifadəyə verməyə hazırlaşan Econaider əsas hədəf olaraq yaradılacaq terminal vasitəsilə bazar araşdırmasını avtomatlaşdırılmış vəziyyətə gətirməkdir. Süni zəka və robotların tətbiqi ilə terminal vasitəsilə seçəcəyiniz fəaliyyət sahəsinə uyğun olaraq bazar araşdırılacaq və bu haqda dəqiq data və məlumatlar veriləcək. Xüsusilə yeni yaranan startaplar yaxud kiçik bizneslər üçün bazarın təhlilində geniş istifadə olunacaq bu portalın əhatə dairəsi böyükdür.


 

Məsələn siz, fitnes salon açmaq istəyirsiniz və bazar araşdırması etmək niyyətindəsiniz. Yaradılacaq yeni terminal sizə imkan verəcək ki, lazımı olan "imput” məlumatları daxil etməklə ( fitnes salonun yerləşdiyi ərazi, biznesin növü, biznesin ölçüsü yəni dövriyyəsi, başlanğıc kapital) siz bazara nəzər sala biləsiniz. Beləcə input məlumatlar daxil edildikdən sonra sistem avtomatik olaraq daxil etdiyiniz ərazidə mövcud olan salonlar haqqında geniş informasiyanı sizə təqdim edir. Bundan əlavə istifadə olunacaq avadanlıqlar, onların qiyməti, həmin avadanlıqları təklif edən şirkətlər, infilyasiyanın təsiri və digər bazar rəqiblərini terminal dəqiqliyi ilə göstərir.

Econaider finance kateqoriyası vasitəsilə qeyd etdiyimiz kimi Azərbaycan bazarında olan şirkətlər haqqında məlumat, onların statistikaları, hesabatları və həmin şirkətlər üçün olan proqnozlarla tanış ola bilərsiniz.


Şirkət rəhbərinin verdiyi açıqlamaya görə Econaiderterminalı qısa zaman ərzində demo versiyada təqdim olunacaq. Bundan əlavə Econaider MMC aşağıdakı xidmətləri də müştərilərinə təklif edir.

1.Kiçik və orta sahibkarlara konsultasiya dəstəyi – Bazarda yeni yaranan və artıq formalaşmış şirkətlər üçün düzgün bazar araşdırmasının aparılması, rəqiblərin analizi və bazar qiymətləri olduqca vacib nüanslardır. Bu baxımdan konsaltinq xidməti olaraq Econaider əməkdaşlarına bu mövzuda sərfəli xidmət təklif edir.

2.Maliyyə hesabatları və mühasibat uçotu– Kiçik və orta şirkətlərin əsas xərclərindən biri də rüblük və illik maliyyə hesabatlarının hazırlanması və mühasibat uçotu işləri üçün sərf olunan vəsaitlərdir. Outsource olaraq bu işi peşəkarcasına yerinə yetirən Econaiderin xidmətindən istifadə etməklə, siz xərclərinizi minimallaşdıra və ən əsası bu işi korporativ əməkdaşa həvalə edə bilərsiniz.

3.Hüquqi məsləhətlər – Kiçik və orta sahibkarlar üçün əsas problemlərdən biri də yaranan hüquqi münasibətlərin tənzimlənməsi olur. Hüqüq departamenti və hüquqşunası olmayan şirkətlər rahatlıqla bu hüquqi problemlərin həll yollarını Econaiderdə tapa bilərlər. Peşəkar hüquqşünaslar yaranan problemi və problemin həll üsullarını tapmaqda və sizə ən doğru yolu seçməkdə kömək edəcəklər.

4.Biznes modellərin hazırlanması – Yeni yaranan startap və bizneslərin əsas problemi gəlir və biznes modelinin hazırlanmasıdır. Econaiderin peşəkar komandası sizin layihənizin yaxud biznesinizin qısa zamanda uğur qazanması və gəlir əldə etməsi üçün ən optimal biznes modeli təqdim edəcək.

5.Startuplar üçün xüsusi xidmətlər – Yuxarıda göstərilən 4 növ xidmətin hər biri startaplar üçün xüsusi güzəştlə həyata keçirilir. Bir startapın formalaşdırılması və fəaliyyəti üçün lazım olan iqtisadi və hüquqi xidmətlər işin peşəkarları tərəfindən həyata keçirilir. Startaplar üçün təklif olunan əsas xidmətlərə, startupların şirkətləşməsi, biznes modellərin tərtibatı, maliyyə hesabatlarının hazırlanması, rəqiblərin analizi və bazar araşdırması daxildir.

Daha çox məlumat üçün: econaider.com

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×