Reklam
BDDK Türkiyədə PayPal`a niyə lisenziya vermədiyini açıqladı

BDDK Türkiyədə PayPal`a niyə lisenziya vermədiyini açıqladı

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bir neçə gün əvvəl 6 İyundan etibarən Türkiyə bazarından çəkiləcəyini açıqlayan PayPal’in lisenziya üçün tələbinin niyə BDDK tərəfindən rədd edildiyi açıqlandı.

Qonşu Türkiyə üçün bu həftənin ən flaş xəbərlərindən biri PayPal’ın Türkiyə bazarından çəkiləcəyini söyləməsi idi. Bununla bağlı olaraq bir neçə iddia ortalığa atılmışdı. BDDK bir açıqlama edənə qədər isə hər kəs bir söz deməyə davam edirdi. Amma bu gün gözlənilən açıqlama gəldi.

BDDK prezidenti Mehmet Ali Akben, PayPal’ın serverlərini Türkiyə’yə daşımaq istəmədiyini vurğuladı. Akben, İyun 2013’də qəbul edilən qanuna əsasən PayPal kimi şirkətlərin BDDK’dan icazə almaq şərtilə işləyə biləcəyini dedi. Buna əsasə də PayPal’in bu qanunu pozduğuna görə ondan imtina etdikləri qeyd olundu.

Şirkətin 27 İyun 2015 tarixindən öncə olan qanuna görə elektronik pul ixracı fəaliyyətləri üçün tələb olunan icazə isə rədd edildi və onun səbəbi belə açıqlanır:

"Şirkətin, Qanunun 23. maddəsi və Təbliğin 16. maddəsinə uyğun işlər görmədikləri müəyyən edilmiş, şirkətlə edilən toplantı və yazışmalarda bu vəziyyət dilə gətirilmişdir. Amma buna rəğmən şirkət lazım olan addımları atmamışdır."
Mətnin ardında isə bu səbəblər daha da detallandırılmış və rədd cavabı konkret olaraq izah edilmişdir.

Bu qərardan sonra PayPal’ın həm Avropa, həm də ABŞ nümayəndələri ilə görüşdüklərini qeyd edən Akben, şirkətin lazım olan şərtləri yerinə yetirdiyi təqdirdə Türkiyədə fəaliyyətlərini bərpa edə biləcəklərini dedi.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×