main-post-cover

    Bədən enerjisiylə işləyən yeni ağıllı saat - PowerWatch

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bədən enerjisi ilə şarj balansını tənzimləyən yeni "ağıllı" saat Indiegogo-da təqdim olundu.

    Gün keçdikcə istifadə etdiyimiz əşyalar, aksessuarlar da texnologiya ilə ayaqlaşmağa başlayır. Bunlar arasında ağıllı saatlar xüsusi rəğbət görməkdədir. Amma digər tərəfdən ağıllı saatlarda funksionallığın çoxluğu şarj müddətinə də təsir edir. Artıq bunun üçün də narahatçılağa ehtiyac qalmır. Beləki, yeni PowerWatchb adlı ağıllı saat sizi bu əziyyətdən azad edəcək. "Matrix Industries" şirkətinin məhsulu olan PowerWatch-ın şarj yığması sözün əsl mənasında sizdən asılıdır. Yəni saat sizin bədən enerjinizin hesabına şarj olunur.
    Şirkət saatın arxa hissəsinə vücuda təmas etməsi üçün özünün istehsal etdiyi termoelektrik generatorunu yerləşdirib. Bu generator saatın bütün funksionallığını təmin edə biləcək enerjini toplaya bilir.
    Bundan əlavə saatın ön hissəsi sahib olduğu metal çərçivəyə görə həmişə soyuq qala bilir. İsti və soyuğun belə balanslaşması enerjinin ortaya çıxmasına şərait yaradır.
     

    Saatı qolunuzdan çıxardığınız anda yuxu rejiminə keçir və bu müddətdə içində olan daxili batareya şarj olunur. Bu sayədə saat və tarix tənzimlərini sabit saxlaya bilirsiniz. Təbii adət etdiyimiz ağıllı saatlar kimi bildiriş və oxşar funksiyalardan məhrum ola bilərsiniz, amma Bluetooth köməyilə bağlantı quraraq saat mövzusunu dəyişdirməyiniz mümkündür.
    Bundan əlavə əgər idmanla məşğul olursunuzsa, onda bu zaman sizə tutumlu bir şəkildə geri dönür. Artıq Indiegogo-da lazım olan məbləği toplamağa başlayan PowerWatch, artıq ehtiyacının 44%-ni toplayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər