main-post-cover

    Bəli, "Wi-Fi"ı Bir Qadın Kəşf Edib!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Hedi Lamar, 1949-cu ildə "Samson və Delilah" filmi ilə bütün dünyada tanındı. Hedi, tezlik dəyişdirmə texnikasını inkişaf etdirdi və 1942-ci ildə "Şifrəli Radio Mesajlaşması" sahəsində patent aldı.
    Vyanadan olan Hedi Lamar, bir kino ulduzu idi və orduya silah, təyyarə satan bir tacirlə evli idi. Həyat yoldaşı ilə birlikdə qatıldıqları yeməklərdə adətən silah texnologiyası barədə söhbətlər gedərdi və məşhur aktrisa bu səbəbdən müdafiə texnologiyalarına xüsusi maraq hiss edərdi. Evlərindəki dəvətlərə Hitler Mussolininin qatıldığı bilinir. Almanların uzaqdan idarə edilən partlayıcı qutuları yaratmaq istədiyini həyat yoldaşından eşidən Hedi, bu mövzu ilə yaxından maraqlanmağa başladı. Həyat yoldaşından boşandıqdan sonra, 1938-ci ildə Hollywood-a yerləşdi. 
    1940-cı ildə o, qonşuluqda yaşayan və musiqişünas olan G.Anteylə uzaqdan idarə olunan qutular haqqında düşüncələrindən danışdı. Məqsədi, uzaqdan idarə edilən partlayıcı qutularının, düşmənin siqnal qarışıdırıcıları (jamming) səbəbi ilə idarə etməsinin itirilməsinə mane olmaq idi. Qutunu yönləndirən radio tezliyi düşmən tərəfindən ortaya çıxarıldığı zaman avtomatik olaraq kilidlənir və idarəetmə itirilirdi. Hedi, bunun həllini tapmışdı amma texniki dəstəyə ehtiyacı var idi. Uzaqdan idarə etmə alətinin (pult) radio tezliyi daimi olaraq dəyişdirilsə düşmənin müdaxilə imkanı qalmazdı. Ancaq, radio və partlayıcı qutuları eyni anda tezliklərini dəyişdirməli idilər. Bu mövzuda qonşusu Ateyl ona kömək etdi. Həll üsulu, deşikli kağız rulonlara qeyd edilən notlara görə musiqi çalan pianolar idi. Radio vericisinə və qutuya yerləşdirilən və eyni notlar ifa edən rulonlar, tezliyi eyni anda dəyişdirəcəkdilər. Kəşfin patentini 1942-ci ildə almaqlarına baxmayaraq, ordu bununla maraqlanmadı
    Oxşar bir sistem, başqaları tərəfindən 1957-ci ilə tranzistor istifadə edərək hazırlandı. ABŞ ordusu, 1962-ci ildə çıxan Kuba krizində bu sistemdən istifadə etdi. O tarixdə Hedinin patentinin vaxtı bitmişdi. Elektronikanın Qabaqcılları Dərnəyi 1997-ci ildə Hedinin patentini gördü və ona Elektronika Qabaqcılı Ordenini verdi. Hedi Lamarrın tapdığı bu uzaqdan idarəli qutuların, bugünün Wi-Fi və Bluetooth kimi uzaqdan qoşulma texnologiyalarının əsası olduğu bildirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər