main-post-cover

    Benedict Cumberbatch yeni filmdə Thomas Edison-u canlandıracaq

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Benedict Cumberbatch ilə Jake Gyllenhaal "The Current War" adlı dram janrlı filmdə baş rolları canlandıracaqlar. Filmin prodüsseri Timur Bekmambetov olacaq. "The Current War" filminin süjet xətdi iki məşhur elm adamı Thomas Edison və George Westinghouse-un bir-biri ilə mübarizəsindən bəhs edəcək. Vaxtı ikən hər iki alim çalışa biləcək və kommersiya cəhətdən sərfəli olacaq elektrik şəbəkəsi yaratmağa çalışırdılar. Thomas Edison sabit cərəyanın tərəfində olduğu halda Westinghouse dəyişkən cərəyanı dəstəkləyirdi. Westinghouse-un bu fikri ilə Nikola Tesla da razı idi. Filmdə Edison rolunu Cumberbatch, Westinghouse rolunu isə Gyllenhaal canlandıracaq. Qeyd edək ki, bu film haqqında ilk dəfə 2013-cü ildə məlumat verilmişdir. Lakin yalnız 2015-ci ilin ikinci yarısında Timur Bekmambetov laiqli aktyor siyahısını tərtib edə bildi. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər