
"Bəs siz eyni anda neçə nöqtə gördünüz?" sualını verən yeni optik illüziya
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Öz Twitter səhifəsində developer Uill Kersleyk ilk baxışdan adi görünən 12 nöqtəli illüstrasiya paylaşıb.

Burda açar xüsusiyyət "ilk baxışdan adi görünən” cümləsidir.
Belə ki, onun özünəməxsus özəlliyi var. Məsələ burasındadır ki, insan gözünün
quruluşuna görə illüstrasiyadakı 12 nöqtəni eyni anda görmək mümkün deyil. "Technote.az"ın "Itc.ua"a istinadən verdiyi xəbərə əsasən bir
sutka ərzində bu illüstrasiya Twitter-də 30.000 dəfə retweet olunmuşdur. Təbii
ki, bu nəticə xameleon paltarın nəticəsindən hələ çox geridədir. İllüstrasiyada German Toru optik illüziyasının bir variantı əks olunub. O ilk dəfə Perception elmi jurnalında 2000-ci ildə dərc olunmuşdur. Bu optik illüziya alim-fizioloq Lüdimar German tərəfindən 1870-ci ildə kəşf olunmuşdur. Orijinal German Torunu
aşağıdakı fotoda görə bilərsiniz.

Linki kopyala
Həftənin xəbərləri

