Bəşəriyyətin məhvinə səbəb ola biləcək 10 qlobal hadisə

Bəşəriyyətin məhvinə səbəb ola biləcək 10 qlobal hadisə

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Hər il bəşəriyyatın sonu haqqında müxtəlif fərziyyələr yaranır. Hər-bir fərziyyə digərindən daha qorxunc görünür. Onlardan çoxuna fikir verməmək lazımdır. Lakin bu o demək deyil ki, biz rahat olmalıyıq. Hər-halda Yer kürəsində daha əvvəllər də qlobal hadisələr baş verib. Hansı qlobal hadisələr insanlığın məhvinə gətirib çıxarda bilər?
Bu istər planetin asteroid ilə standart toqquşması olsun, istərsə də qlobal istiləşmə. Müxtəlif hallarda Yer kürəsindəki bioloji həyat üçün heç yaxşı olmayacaq. Bizə isə gözləyərək ümid etmək qalır ki, yaxın minillik ərzində bu cür hadisələr baş verməsin.
 
Dəniz səviyyəsinin sürətlə dəyişməsi prosesi özü ilə dəhşətli nəticələr gətirə bilər. Beləliklə 21-ci əsr böyük su daşqınları əsri kimi yadda qala bilər. Təhlükə altında olanlar təkcə adalar və sahil yanı regionlar deyil. Əgər qütblərdəki buzlaqlar ərisə bu bütün planetə təsir edəcək. Dəniz səviyyəsinin kəskin şəkildə düşməsi nəticəsində isə yeni buz dövrü yaranacaq.
 
 
Yer kürəsinin asteroid ilə toqquşması məşhur qlobal hadisələrdən biridir. 3 km və yaxud daha böyük ölçülü asteroid kifayətdir ki, insan sivilizasiyası məhv olsun. Nəticədə dəhşətli sunamilər, zəlzələlər, ozon qatının məhv olması və illərlə sürəcək qış fəsli baş verəcək.
 
 
Buz dövrü də məşhur qlobal hadisələrdən biridir. Onun dəhşətli nəticələri "The Day After Tomorrow" kimi filmdə əks olunmuşdur. Birdən baş verə biləcək buz dövrü nəticəsində bir çox flora və fauna məhv ola bilər. Böyük ehtimal ilə insan sivilizasiyası sağ qalacaq. Lakin həyat tamamilə dəyişəcək.
 
 
Son onillikdə qlobal istiləşmə haqqında bir çox fərziyyələr irəli sürülür. Hal-hazırda o özünü çox hiss etdirməsə də temperaturun yüksəlməsi nəticəsində iqlim tamamilə dəyişə bilər. Bu isə öz növbəsində kütləvi ölümlərə gətirib çıxarda bilər.
 
 
Metanhidrat silahı gündəlik həyatımızda eşitdiyimiz bir söz deyil. Məsələ bundadır ki, metan hidratlar dənizin altında yerləşir. Okeanların temperaturu yüksək həddə çatsa bu yüksək miqdarda metanın azad olmasına gətirib çıxardacaq. Artıq bu cür hadisə 251 milyon il bundan qabaq baş verib. Nəticədə planetin 96% canlı orqanizmi məhv olmuşdur. 
 
 
Sualtı vulkanların yüksək aktivliyi nəticəsində okeanlardakı oksigen miqdarı aşağı düşə bilər. 93 milyon il bundan əvvəl bu hadisə dəniz canlılarını və quruda yaşamış orqanizmləri məhv etmişdir. Lakin önümüzdəki milyon il ərzində çətin ki, bu cür hadisə baş versin.
 
 
200 milyon il bundan öncə hidrogen-sulfidin Yer kürəsinin okeanlarına qlobal şəkildə daxil olması təsəvvürə gəlməz bir miqyasda ölümlərə səbəb olmuşdu. Lakin bu cür hadisənin bir daha baş verməyəcəyinə heç kim təminat vermir.
 
 
Dünya okeanının temperatur və duzluluğu arasındakı balansı yaradan termohalin sirkulyasiyasının pozulması nəticəsində Qolfstrim cərəyanı dayana bilər. Bu isə oksigeni zəngin olmayan duzlu suyun okeanın dərinliklərindən səthə çıxmasına gətirib çıxarda bilər. Beləliklə bu cür şəraitə öyrəşməyən dəniz canlıları məhv ola bilər. 
 
 
Qamma şüalanmalar kainatda baş verən ən böyük elektromaqnit hadisələridir. Bu hadisə nadir hallarda baş verir. Lakin bizim planet qamma şüalanmaya məruz qalsa bu havada bir anda minlərlə nüvə silahının partlamasına bənzəyəcək. Nəticədə planetin bir hissəsi həmin anda, digər hissəsi isə ikinci dərəcəli effektlərdən məhv olacaq.
 
 
İndiyənə kimi baş vermiş dəhşətli müharibələr onu göstərib ki, insanlığın ən böyük düşmani elə onun özüdür. Yer kürəsində nüvə enerjisinin yaradılması qlobal nüvə konfliktinə gətirib çıxarda bilər. Planet həmin nüvə konfliktinə dözə biləcək. Lakin insan sivilizasiyasından heçnə qalmayacaq.
 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×