main-post-cover

    Bethesda Fallout 4 üçün 3 DLC anons edib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Görünür Bethesda şirkəti Fallout 4 üçün DLC istehsalı ilə məşqul olduğunu söylədiyi zaman tamam ciddi idi. Verilən rəsmi məlumata görə yaxın aylar ərzində 3 DLC satışa çıxacaq (Automatron, Wasteland Workshop, Far Harbor). Sözügedən DLC-ləri ilk öncə PC oyunçuları oynaya biləcəklər. 
     
     
     
    Automatron adlı ilk DLC mart ayında $9.99 qiyməti ilə satışa çıxacaq. İlk DLC-nin süjet xətdində səhralığa hücum edəcək qatil robotlardan bəhs olunacaq. Həmin robotları məhv edərək onlardan alınan detallar sayəsində siz öz robotunuzu modifikasiya edə biləcəksiniz. Oyunçulara yüzlərlə modifikasiya imkanları açıq olacaq. 
     
     
     
    Bu ilin aprel ayında $4.99 qiymətinə satışa çıxacaq ikinci DLC Waasteland Workshop-da isə oyunçular qəfəslər və tələlərin köməyi ilə müxtəlif məxluqları ovlaya biləcəklər. Həmin məxluqları ovladıqdan sonra onları əhliləşdirərək digər məxluqlara və yaxud insanlara qarşı yönəltmək mümkün olacaq. 
     
     
     
    3-cü DLC Far Harbor isə may ayında çıxaraq $24.99 qiymətinə satılacaq. Sonuncu DLC-də oyunçular Maine ştatının sahillərindən Far Harbor adasına yollanmalı olacaqlar. Detektiv agentliyi oyunçuya cavan qadın və sirli koloniyanı tapmaq tapşırığını verəcək. Far Harbor DLC-dəki müşahidə olunacaq ərazi miqyasına görə indiyənə kimi çıxmış DLC-lər arasında ən böyüyü olacaq. Daha çox DLC-lər isə may ayından sonra satışa çıxacaq. Onların ümumi qiyməti isə $60 olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər