E3 2015 oyun sərgisi çərçivəsində Bethesda Softworks şirkəti öz press-konfransını keçirdib. Həmin press-konfransda jurnalistlərə DOOM seriyasının yeni hissəsinin oynanış videosu təqdim olunub. Qeyd edək ki, yeni DOOM idTech 6 oyun mühərriki üzərində hazırlanır. Təqdimatda oyunun singleplayer rejimindən olan video göstərilib. Bundan əlavə studiya oyun üçün bir neçə rejimdən ibarət olacaq multiplayeri də təsdiq edib. Bunlar azmış kimi həmçinin oyuna Doom Snapmap adlı sosial servisi əlavə olunub. Bu servisin köməkliyi ilə oyunçular multiplayer üçün müxtəlif xəritələr və rejimlər hazırlaya biləcəklər. Yaradılan xəritələri və rejimləri dünyanın bütün oyunçuları ilə paylaşmaq imkanı olacaq Yeni DOOM 2016-cı ildə PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
Şərh yoxdur