Bill Gates haqda bilmədiyimiz maraqlı faktlar

08.05.2017 0 PAYLAŞIM 10463 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Bil Qeyts (Bill Gates) dünyaya səs salmış məşhur şəxsiyyətlərdən biridir. Bu məqaləmizdə Bil Qeyts haqqında bilinməyən məlumatları paylaşacağıq.

1. Bil Qeyts ilk dəfə 13 yaşında olarkən kod yazmağa başlayıb. Lakasida Hazırlıq məktəbində təhsil alan Bil, ilk kompüter proqramını burda yazıb. Müəllimlər onun belə bir qabilliyyətinin olduğunu öyrəndikdə ondan avtomatlaşdırma sistemi yazmasını istəyiblər. Bil Qeyts isə bu kodlarla oynayıb özünü qızların daha çox olduğu siniflərə salmağa nail olurdu. Buna baxmayaraq "Microsoft " daha çox vaxt ayırmaq üçün Harvard universitetini yarıda buraxıb. Bil Qeyts yazdığı tətbiq sahəsində Tic-tac-toe adlı oyunu kompüterlə qarşılıqlı oynanacaq hala gətirən ilk şəxsdir.


2. 1977-ci ildə Nyu Mexiko-da sənədsiz avtomobil istifadəsinə, qırmızı işıqda keçdiyinə və sürətli sürməyə görə tutulub. Uçmaqdan qorxmasına baxmayaraq 1997-ci ildə uçuş rəhbəri ilə bərabər uçub.


3. 80 milyardlıq sərvətindən cəmi 10 milyardını uşaqlarına sərvət olaraq qoyub. Bunun səbəbini soruşduqda isə uşaqlara çox miras qoymaq onların xeyrinə deyil cavabını verib.

4. Bil Qeyts heç xarici dil bilmir və bunu özünün ən böyük səhvi hesab edir. Buna baxmayaraq, Bil SAT imtahanında ən yüksək 1600 bal üzərindən 1590 bal toplayıb.

5. "Microsoft " qurmasaydınız nə işlə məşqul olardınız sualına "Yəqin ki, süni zəka üzərində işlər aparardım.” deyə cavab verib. Bil Qeyts də Elon Mask və Stiven Hokinq kimi süni zəkanı tədirgin edən və diqqət edilməsi gərəkən texnologiya olaraq görür.

6. Bil Qeyts gənclik illərində 30 yaşına çatanda varlı olacağını qarşısına məqsəd qoymuş və 31 yaşında artıq milyarder olmağı bacarıb. Əgər Bil Qeyts bir ölkə olsaydı dünyanın ən zəngin 37-ci ölkəsi olardı. Belə ki, hər gün 1 milyard dollar xərcləsə sərvəti 218 ilə qurtarar.

7. Bil Qeyts qazanmaqla bərabər xərcləməyə də önəm verir. Belə ki, indiyədək 28 milyard dollar pulu xeyriyyə məqsədilə bağışlayıb. Onun öz sağlamlıq fondu, Birləşmiş Millətlər, Dünya Sağlamlıq Təşkilatından daha çox yardım edir.


8. Ən sevdiyi kitab 1969-cı ildə yayımlanan Business Adventures kitabıdır. Kitabın yazıcısı John Brooks-dur.

9. Bil Qeyts və ailəsinin "Apple " məhsulları istifadə etməsinə baxmayaraq, Stiv Cobs həyatının son vaxtlarınadək Bil Qeyts-in məktubunu özündə saxlayıb. Stiv Cobs və Bil Qeyts-in aralarında söz olmadan əvvəl 80-cı illərdə öz qız dostları ilə birgə dördlükdə gəzərdilər.

 

10. Bil Qeyts-in həyat yoldaşı Melinda ilə 1987-ci ildə "Microsoft "da işləyərkən tanış olub. Melinda hal-hazırda "Bill & Melinda Gates Fondu "nun qurucusu və müdir köməkçisidir.