main-post-cover

    Bill Gates və Mark Zuckerberg \'Təmiz Enerji\' İstehsal Etmək Üçün Birlikdə İşləyəcəklər!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Dünya qlobal istiləşmə problemi ilə qarşı qarşıyadır. Atmosferdə toplanan qaz faizlərinin dəyişməsilə başlayan bu problem günlər keçdikdə daha da böyüyür və təsirləri yer üzündə yaşayan bütün canlı aləmə böyük təhlükə yaradır. Qlobal istiləşmənin əsas səbəblərindən biri insanların istifadə etdiyi enerjilərdən ayrılan zərərli qazların çox olmasıdır. Bu enerji resurslarının istifadəsinin azaldılması və lazım olan enerji ehtiyacını alternativ vasitələrlə təmin etmək istəyən məşhur iş adamları görüş keçirməyə qərar verib.
    Qurumun üzvləri arasında Amazon CEO'su Jeff Bezos, Alibaba Prezidenti Jack Ma, Virgin Group qurucusu Richard Branson, Facebook CEO'su Mark Zuckerberg, Microsoft CEO'su Bill Gates və başqa məşhur adlar var. Dünyanın ən böyük markalarının liderlərinin toplandığı qurum yenilənəbilən enerji mənbələrinin istifadəsi, növləri və necə, hansı məqsədlə istifadəsi barədə fikir alış-verişi edəcəklər.
    Qurupun toplantılarının əsas müzakirə mövzusu enerji mənbələrində olan və atmosferə zərər vuran karbonun alternativ variantının tapılması ilə birlikdə ucuz və verimli enerji mənbılərinin istehsalı olacaq.

    Linki kopyala