main-post-cover

    BİLL GATES YENİ AGE OF EMPİRES\'A yaşıl işıq yandırdı

    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas

    Microsoftun yaradıcısı Bill Gates, Reddit'də sual cavab (AMA) edən məşhur şəxslərdən hələlik sonuncusu oldu. Ona müxtəlif suallar verildi amma aralarından bizim də ən çox diqqətimizi çəkən Age of Empires ilə əlaqədar olanı idi.
    Bir istifadəçinin özünə ünvanladığı "Hörmətli Gates, xahiş edirik, yeni bir Age of Empires oyunu edərsinizmi? Sizin departamentin bununla maraqlanıb maraqlanmadığını bilmirəm amma mövzu siz olduqda soruşmaq istədim .." şəklində suala maraqlı bir cavab verdi.
    Bill Gates, "Bu məsələnin üzərinə gedəcəyəm. Lakin neçə ədəd imperatorluğa ehtiyacınız var?" kimi kompleks və zarafatlı bir cavab ilə cavab verdi.
    Açığı Bill Gatesin bu mövzuda həqiqətən bir hərəkət edib etməyəcəyini bilmirik təbii ki. Lakin uzun müddətdir bazarda həqiqi mənada bir strategiya oyunu olmadığını (StarCraft II xaric təbii ki.) düşünməli olsaq, yeni əvvəldən yaradılmış bir Age of Empires görməyi həqiqətən çox amma çox istədiyimiz dəqiqdir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər