
Bill Qeyts-dən maraqlı məlumat: Dünyanın ən təhlükəli heyvanı !
07.05.2017
Farid Pardashunas
Köpəkbalıqları, nəhəng dişləri ilə olduqca qorxuducu ola bilərlər. Əgər onların bizi yemək istədiklərinə kifayət qədər inanırıqsa, suyun yanınada yaxınlaşmayacağımız dəqiqdir.

Ancaq "Microsoft"un CO-founderi Bill Qeyts-in yaxın zamanda bir blog yazısında yazdığına görə özünü
qorxudan şey köpəkbalıqları deyil, çox daha kiçik, incə və ilk baxışda daha az
təhlükəli olan bir canlıdır: Ağcaqanaddır.
Qeytsin bazar ertəsi
günü "GatesNotes”da yazdığına görə köpəkbalıqları, onlardan daha kiçik olan bir çox canlı qədər
qorxuducu deyillər və bu yazıya, 2015-ci ildə fərqli heyvanlar tərəfindən öldürülən insanların say qrafikini də əlavə edib. Köpəkbalıqları Dünya üzrə sadəcə 6 ölümə səbəb olsalar da, ağcaqanad dişləmələrinə görə ölən insan sayı 830.000-dən
çoxdur.
Qeyts, yazısına əlavə
etdiyi videoda, ağcaqanadların birbaşa olaraq qana təmas etdiklərini və normal
müdafiə mexanizmlərimizi keçdiklərini bildirir. Buna görə də insanlara hücum
etmək üçün hazırlanmış viruslar çox sürətli bir şəkildə ağcaqanadlar vasitəsilə yayıla bilər.
Qeyts, ağcaqanad tərəfindən
yayılan xəstəlikləri də siyahıya alıb. Bunların arasında yer alan xəstəliklərdən
bir çoxunu, keçdiyimiz illərdə "Bill and Melinda Gates Foundation”ın uzun müddətli
planı ilə ortadan qaldırılmağa çalışılır.
Linki kopyala
Həftənin xəbərləri

