
Bionik beyin nədir? niyə ehtiyacımız var?
Texnologiya
07.05.2017
Farid Pardashunas
Bionik
beyin üzərində son illərdə bildiyimiz kimi bir sıra uğurlar əldə olunub. Bu
uğurları anlamaq üçün ilk öncə bionik beyin nədir? , niyə ehtiyacımız var? Suallarına cavab verək:
Bionik beyin
nədir? Təsəvvür edin beynimizin bir hissəsi zədələnir
və tibb onu tamamilə bərpa etməkdə
acizdir. Bu zaman texnologiya öz ağırlığını qoyur. Təsəvvür edin zədələnmiş
hissəni kompyuter çipləri ilə əvəz edilir və beyin əvvəlki fəaliyyətini davam
etdirir. Bu sadəcə bionik beyinin bir parçasıdır. Bu gün bionik beyin deyiləndə
bizim beynimiz ilə birləşdirilməsi yox tamamilə müstəqil formada mövcud
olmasıdır. Bu beyinin çiplər vasitəsilə proqramlaşdırılması nəzərdə tutulur.
Avstraliyada RMİT universitetinin tədqiqatçıları
yaxın günlərdə həm bionik beyin, həm də
bionik yaddaş üzərində müvəffəqiyyətli olduqlarını bildirdilər. Mühüm xüsusiyyəti
odur ki, bionik beyin bizim beyin kimi informasiyanı yadda saxlaya bilər.
Yuxarıda qeyd etdiyimiz kimi bionik beyin üçün çiplər lazımdır. Bu çiplər üçünsə
xüsusi yaddaş hüceyrələri (memory cells) lazımdır.
Linki kopyala
Həftənin xəbərləri

