main-post-cover

    Bir adam, insanları məlumatlandırmaq üçün özünü diri-diri məzarda basdırdı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    John Edwards-ın hərəkəti dəlicə görünə bilər ancaq məqsədinin ali olduğunu qəbul etmədən keçə bilməyəcəyik. John Edwards, bu hərəkətiylə narkotik aludəçisi olan və ya intihar etməyə cəhd edən insanlara mesaj vermək məqsədi güdür.

    Qulağa çox qəribə gələ bilər amma John Edwards adındakı vətəndaş, canlı canlı basdırılmağa qərar verib, lakin hərəkətin arxasındakı səbəb inanılmazdır.
    Bir çox adam üçün canlı-canlı bir tabutda qalma fikri ağıllarını itirəcək qədər qorxuducudur və bu ən qaranlıq kabuslara səbəb ola bilər. John Edwards, bu cür bir qorxuyla mübarizə aparmaq üçün ali bir məqsədi əsas götürüb . Xeyriyyə təşkilatı Walking Free ilə işləyən John Edwards, ağıllara zərər olan bir hərəkətə imza atdı.

    Tabutun qapağı bağlanılıb üstünə torpaq atılarkən John tamamilə canlı idi və orada üç gün keçirməyə qərar vermişdi . John, bu hərəkəti narkotiklə mübarizə aparanlara və intihara meylli şəxslərə mesaj vermək üçün etdi. John Edwars da köhnə bir narkotik maddə aludəçisidir və məzarda keçirdiyi müddətin, insanların buna qarşı anlayışlarını artıracağını düşünür.
    John, basdırılmamışdan əvvəl Belfast Live-a bu açıqlamalar verdi: "Mən köhnə bir narkotik aludəçisiyəm amma 25 ildir təmiz və ayığam. Çox böyük bir tabut hazırladıram və özümü Şərq Belfast-a basdıracağam. Artıq üç gün ərzində orada qalmağı planlaşdırıram. Beləcə öz həyatlarını məhv edənlər, bəzi şeylərin fərqinə varacaqlar. "
    Üç gün ərzində yer üzünün altında bir tabuta qalma fikri qorxuncdur amma John Edwards günlərini sıravi bir tabutda keçirmir. Oturması üçün kifayət qədər yer, əlavə olaraq elektrikdən və internetdən də istifadə edə bilir. Hətta məzar altında canlı video yayımı həyata keçirir və bütün təcrübələrini Facebook-da paylaşacaq.
    John, Belfast Live ilə bunları söyləyir : "Bunun radikal bir hərəkət olduğunu bilirəm, lakin intihar cəhdində olan və asılılığa sahib insanlarla və onların ailələri ilə sıx ünsiyyətim var . İnsanlar, intihar düşüncələrinin və asılılıqlarının öhdəsindən gəlməyi bəlkə də mənimlə ünsiyyət quraraq üstəsindən gələcəklər. Məqsədim, zamanım sona çatmadan əvvəl məzarda onlarla ünsiyyət qurmaq və xilas olmağın ümidinin hələ də var olduğunu sübut etməkdir."
    Linki kopyala