main-post-cover

    Bir başa ekrana inteqrasiya olunan barmaq izi skanı texnologiyası təqdim olunub (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yaxın zamanda barmaq izi skanı texnologiyası bir başa ekrana inteqrasiya olunacaq.

    Barmaq izi skanı texnologiyasının bir başa smartfon ekranına inteqrasiya olunması fikri əslində çoxdan var idi. Hətta "Apple” kimi böyük istehsalçılar bu texnologiyanın patentini belə əldə ediblər. Lakin buna baxmayaraq digər istehsalçılardan fərqli olaraq "Goodix” şirkəti daha irəli gedib. Belə ki, MWC 2017 sərgisi çərçivəsində şirkət, AMOLED ekrana inteqrasiya olunmuş barmaq izi texnologiyasını təqdim edib. Bu yeni texnologiya In-Display Fingerprint Sensor adını alıb. Şirkətin verdiyi məlumata əsasən sözügedən texnologiya, smartfon ekranının müəyyən bir hissəsini barmaq izi skanına çevirir. Bunun sayəsində bir çox istehsalçılar "Home” düyməsində olan barmaq izi skanından imtina edə bilərlər. Şirkətin yeni məhsulu həmçinin yüksək işləmə sürəti, az enerji tələbatı və kompakt ölçüsü ilə fərqlənir. Onun məhz kompakt olması, nazik kənar çərçivələrə sahib istənilən smartfon və planşetə inteqrasiya olunmasına imkan yaradır. Yeni sensor texnologiyasının kütləvi istehsala çıxacağı barədə hələki məlumat yoxdur.
    Linki kopyala