Bir Developer (“Proqramçı”) ilə evlənmək üçün 7 səbəb
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bir developerin sevgi münasibətləri çoxda ürək açan deyil. Olursa olur, olmursa kodunu yazmağa davam edir. Çox üstündə durmur belə şeylərin. Onun tək dərdi Deadline-dır. Qarşı cins baxımından düşünsək, bir developer ilə niyə evlənilər? Gəlin bunu maddələr halında paylaşaq.
1- Koduna Sadiqdir.
Nə əlaqə? – dediyinizi eşidər kimi oldum. Belə izah edim; koduna gözü
kimi baxan, onu .dll halına gətirib başqa developerlərdən qoruyan, hər mühitdə
öz kodunu müdafiə edən bir developerin, həyat yoldaşına fərqli davranacağını
düşünmürsünüz hər halda , düzdür?
2- İçkisi, Qumarı Yoxdur; Qəhvəsi Vardır.
Bəli, yoxdur. Sadəcə qəhvəsi vardır. Acı Qəhvə! Maliyyətini
hesablasanız, içkinin yanından heçdir. Qumar ilə də arası yoxdur bir
developerin; hə bəlkə pul qazanmaq üçün qumar saytı hazırlayar, o qədər.
3- Mükəmməl bir Ata Olar!
Developer ata məntiqlidir, uşağın alqoritmini başa düşər və ona görə
davranar.
4- Onu Xoşbəxt Etmək Asandır.
Ad günlərində, Sevgililər Günündə, Evlilik il dönümlərində nə hədiyyə
alacam deyə düşünməyinizə ehtiyac yoxdur. Bir kofe aparatı, usb yaddaş qurğusu,
boş dvd, yeni bir klaviatur, ikinci bir monitor çox xoşbəxt edər bir
developeri.
5- Sizinlə sadəcə "vaxt keçirməz”!
Siz hansı developerin "dayan bu kodu yazım, gələn həftə bu kodu başqa
bir kod ilə dəyişdirərəm, o biri həftə bunların yerinə başqa bir kod taparam!”
dediyini eşitdiniz. Düzgün kod bloku onun üçün təkdir. Ölənə qədər o layihədə o
kod parçası yer alar. Bəli, qadınlara da bu şəkildə münasibət göstərir.
6- Təmiz, diqqətli və səliqəlidir!
"Object Oriented” yazan bir Developer, koduna göstərdiyi diqqəti evinə
də göstətər. Layihəsində lazımsız kod yığını olmadığı kimi, evində də lazımsız əşya
olmaz. Necə deyərlər "We Love Clean Code Developer!”
7- Zənbil dolusu pul!
Sizə, bir Developerin qazandığı puldan heç bəhs etdim mi? Bu cür, zənbil-zənbil,
yaşıl-yaşıl! Həmdə hər ay!
Hər nə qədər Azərbaycan reallığında bir çox işverənlər maddi olaraq Developerləri məmnun etməsələr də frilans olaraq işləyən və bəzi böyük agentliklərdə işləyən Developerlərin qazancları kifayət qədər yüksəkdir.
P.S: Qızlar, bir developer ilə evlisinizsə seçilmiş insansınız.
Mənbə:Developer Kafası
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)