Bir ədəd iPhone 7 istehsalı "Apple"a neçəyə başa gəlir?

Bir ədəd iPhone 7 istehsalı "Apple"a neçəyə başa gəlir?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Qiyməti ilə cib yandıran iPhone 7, "Apple"a neçəyə başa gəlir?

iPhone-lar təqdim edildiyi hər zaman bazarın ən bahalı ağıllı telefonları arasında olmağı bacarır (hətta bu sahədə zirvəni əlində tutur deyə bilərik). Bundan başqa birdə ölkəmizdə üstünə "falan-filan" vergilər əlavə edildiyində iPhone-ların qiymətləri ikinci əl (işlədilmiş) avtomobil qiymətləri ilə hardasa eyni olur.
Hamının maraqlandığı sual isə qiymət olaraq belə ciddi rəqəmlərə çıxan cihazı istehsal etmək də bu qədər bahalıdır? Təbii ki "Apple", iPhone-ları istehsal edərkən keyfiyyətli detallardan istifadə edir. Yəni ucuza qaçmaq kimi bir məsələ yoxdur. Ancaq bir reallıq var ki "Apple" bir iPhone-dan olduqca yaxşı qazanc əldə edir.

Bəs bir iPhone 7, "Apple"a neçə dollara başa gəlir?

Bu sualı iPhone 7-nin detallarının qiymətləri ilə cavablayaq:
- Ekran: 37 Dollar
- Batareya: 4 Dollar
- Kameralar: 26 Dollar
- Plata: 74 Dollar
- Səsgücləndiricilər: 11.50 Dollar
- Korpus: 22 Dollar
- Digər detallar: 117.50 Dollar

Bu rəqəmləri topladığımız zaman bir iPhone 7-nin "Apple"a bədəlinin 292 Dollar olduğunu görürük. "Apple" isə eyni cihazı 750 dollardan satışa çıxardır. Yəni "Apple", hər iPhone 7 satışından 39% qazanc əldə edir.
Təbii ki bu qazancın birbaşa, heç bir kəsinti olmadan "Apple"ın cibinə getdiyini demək səhv olar. Beləki iPhone kimi bir cihaz istehsal etmək istəyirsinizsə proqram təminatına, marketingə və telefonun yaxşı bir infrastruktura ehtiyacı var.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×