main-post-cover

    Tək bir Facebook statusu ilə diqqət çəkməyi bacaran restoran

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sosial medianın təsir gücü çox böyükdür. Buna misal olaraq kiçik bir restoran sahibinin Facebook vasitəsilə qısa zamanda çoxlu sayda müştəri yığmasını göstərmək olar.

    Whitbie’s Fish & Chips adlı kiçik bir restoranda oturan Kolin Ros (Colinn Ross) restoranda tək özünün və sahibinin olduğunu görüb. Daha sonra işlərin necə getdiyi haqda maraqlanan Ros, vəziyyətin heç də ürək açan olmadığını öyrənib. Bununla əlaqadar bağlantı paylaşan Ros tez bir zamanda restoranın müştərilərinin artmasına səbəb olub. Restoran sahibi Con (John) 7 il ərzində heç vaxt bu qədər tələb görmədiyini və bunu öz müştərisinə borclu olduğunu bildirib. Kolinin Facebook bağlantısındakı sözləri sizlərə təqdim edirik: "Bugün sadəcə məkan sahibi 70 yaşlı bəy və məndən başqa heç kimin olmadığı "Whitbie’s Fish & Chips”i ziyarət etdim. Ondan işlərin necə getdiyini soruşdum və xərclərini belə qarşılaya bilmədiyini bildirdi. Bu doğrudan da mənə təsir etdi. Xüsusilə bu adamın 70 yaşında olması məni təsirləndirdi. Məkanın sahibi çox alicənab biridir. Yəni bu ərazidə yaşayan hər kəs onun çox yaxşı və çalışqan olduğunu bildirir. Bu bağlantını paylaşmanızı sizdən xahiş edirəm.”

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər