main-post-cover

    Bir filmin çəkiliş qrupunun əməkdaşları nə qədər maaş alırlar?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Hər hansı bir Hollywood filminin çəkiliş qrupunun əməkdaşları nə qədər maaş alırlar? Böyük ekranlara hansısa gözlənilən film çıxanda bizə adətən filmin büdcəsi və həmin filmdə rol almış aktyorların qonorarları haqqında məlumat verirlər. Qeyd olunan məbləğlər adamın ağlını başından alır. Lakin çəkiliş qrupunun digər əməkdaşları nə qədər maaş alırlar? Müəyyən müddət ərzində filmin hazırlanmasında iştirak edən yaradıcı-istehsal kollektivi çəkiliş qrupu adlanır. Söhbət Hollywood filmlərindən gedirsə çox zaman həmin kollektivdə yüzlərlə insanlar çalışırlar. Hamı aktyorların milyonlarla qonorarları haqqında eşidib. Lakin filmin çəkiliş qrupunun qazandığı məbləğ barəsində çox az adam bilir. Vanity Fair adlı YouTube kanalı bu məsələnin izahını 200 milyon dollar büdcəli nəzəri film üzərində göstərib. Əgər siz yaradıcı kollektivdə rejissor və ya operator vəzifəsində çalışırsınızsa onda yüksək məbləğli qonorara ümid edə bilərsiniz. Lakin çəkiliş qrupunun bir çox əməkdaşlarının maaşları milyon dollarlıq göstəricidən azdır. Bəzilərinin maaşı isə heç 1000 dollara belə çatmır. Hər-halda hər bir işçi öz adını filmin sonunda görə biləcək.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər