main-post-cover

    Bir mağaza düşünün ki, içəridə heç bir insan işçi olmasın

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    İnsan işçisi olmayan mağaza

    Bir mağaza düşünün ki, içəridə heç bir insan işçi olmasın. İsveç'dəki bu mağazaya gələn müştərilərin ehtiyacı olan yegane şey ağıllı telefondur.

    Mağazalarda kassir olmadan ödəniş edə bildiyiniz ödəmə nöqtələri getdikcə artır. Xəbərimizin mövzusu olan bu mağaza isə bu sistemi bir addım irəliyə aparmağı bacarıb. Çünki, mağazanın heç bir insan işçisi yoxdur. Mağazaya girmək ve məhsul almaq istəyən müştərilərin ehtiyacı olan tək şey ağıllı telefon və mağazanın tətbiqidir. Öz-özünə işləyən bu mağazanı İsveç'li Robert Illijason, bir neçə il əvvəl başına gələn bir hadisədən sonra açmağa qərar verib. Gecə vaxtı oğlu üçün yemək hazırlayan Illijason, axırıncı banka əlindən düşdüyü üçün çölə çıxıb uşaq üçün yemək almaq məcburiyyətində qalıb. Ancaq gecə vaxtı açıq supermarket tapmaqda çətinlik çəkən ata, bu hadisədən sonra insan işçiyə ehtiyac olmayan və  7/24 xidmət göstərən bir mağaza açmaq fikrinə düşüb.
     
    Bir mağaza düşünün ki, içəridə heç bir insan işçi olmasın


    Ağıllı telefon tətbiqi hazırlayan və mağazanın işləmə prinsipini də ona uyğunlaşdıran Illijason, demək olar ki, öz-özünə işləyən bir mağaza açıb. Mağazaya girmək istəyən müştərilər ağıllı telefonlarına yüklədikləri tətbiq vasitəsilə giriş edə bilirlər və almaq istədikləri məhsulu yenə tətbiq vasitəsilə oxudaraq ödəniş edə bilirlər.

    Yenə də mağazanın bir az da olsa insan gücünə ehtiyacı olduğunu qeyd edək. Məhsul azaldığında, Illijason əksik olan məhsulları və yeni məhsulları özü rəflərə yerləşdirir. Mağazanın təhlükəsizliyi mağazanın hər yerində yerləşdirilən təhlükəsizlik kameraları vasitəsilə təmin olunur. Yanvar ayında açılan mağazada, 2 ay ərzində oğurluq hadisəsi baş verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər