Bir mağaza düşünün ki, içəridə heç bir insan işçi olmasın

Bir mağaza düşünün ki, içəridə heç bir insan işçi olmasın

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

İnsan işçisi olmayan mağaza

Bir mağaza düşünün ki, içəridə heç bir insan işçi olmasın. İsveç\'dəki bu mağazaya gələn müştərilərin ehtiyacı olan yegane şey ağıllı telefondur.

Mağazalarda kassir olmadan ödəniş edə bildiyiniz ödəmə nöqtələri getdikcə artır. Xəbərimizin mövzusu olan bu mağaza isə bu sistemi bir addım irəliyə aparmağı bacarıb. Çünki, mağazanın heç bir insan işçisi yoxdur. Mağazaya girmək ve məhsul almaq istəyən müştərilərin ehtiyacı olan tək şey ağıllı telefon və mağazanın tətbiqidir. Öz-özünə işləyən bu mağazanı İsveç\'li Robert Illijason, bir neçə il əvvəl başına gələn bir hadisədən sonra açmağa qərar verib. Gecə vaxtı oğlu üçün yemək hazırlayan Illijason, axırıncı banka əlindən düşdüyü üçün çölə çıxıb uşaq üçün yemək almaq məcburiyyətində qalıb. Ancaq gecə vaxtı açıq supermarket tapmaqda çətinlik çəkən ata, bu hadisədən sonra insan işçiyə ehtiyac olmayan və  7/24 xidmət göstərən bir mağaza açmaq fikrinə düşüb.
 


Ağıllı telefon tətbiqi hazırlayan və mağazanın işləmə prinsipini də ona uyğunlaşdıran Illijason, demək olar ki, öz-özünə işləyən bir mağaza açıb. Mağazaya girmək istəyən müştərilər ağıllı telefonlarına yüklədikləri tətbiq vasitəsilə giriş edə bilirlər və almaq istədikləri məhsulu yenə tətbiq vasitəsilə oxudaraq ödəniş edə bilirlər.

Yenə də mağazanın bir az da olsa insan gücünə ehtiyacı olduğunu qeyd edək. Məhsul azaldığında, Illijason əksik olan məhsulları və yeni məhsulları özü rəflərə yerləşdirir. Mağazanın təhlükəsizliyi mağazanın hər yerində yerləşdirilən təhlükəsizlik kameraları vasitəsilə təmin olunur. Yanvar ayında açılan mağazada, 2 ay ərzində oğurluq hadisəsi baş verməyib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×