main-post-cover

    Bir qrafika şəkli ilə Facebookdan milyonlar qazanan rəssam - David Choe

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Bəzən dəyərləndirmədiyimiz təkliflər bizim gələcəyimiz üçün böyük prespektivlərin geridə qalmasına səbəb olur. Çünki zaman keçdikcə bizim üçün vacib xarakter daşımayan işlər daha dəyərli hala gəlir.
    Bu dəfə ki, məqaləmiz Facebook sayəsində milyoner olan David Choe haqqındadır. Tanımayanlar üçün bildirək ki, David Choe amerikalı rəssamdır. Yeddi il əvvəl, David, Kaliforniyaya Facebook-un ofisini dizayn etmək üçün təklif alıb. Onun işini dizayn deyil, daha çox divar rəsmləri (qrafika) adlandırmaq daha düzgün olar.
     
    O zamanlar Facebook yeni qurulduğu üçün maliyyə vəziyyəti o qədər yüksək səviyyədə deyildi. Ona görə də Facebook-un həmin vaxtlar başçısı olan Sean Parker rəssama işinin qarşlığında bir neçə min dollar və ya şirkət hissələrini təklif edib.
    David həmin vaxt bunun "gülünc yatırım” olduğunu düşünsə də təkliflə razılaşıb. Qeyd edək ki, işinin müqabilində Davidə 0.2% hissə payı təklif olunmuşdu. Hal-hazırda isə David bu təkliflə razılaşdığı üçün çox xoşbəxtdir, çünki bunun sayəsində rəssam ildə 200 milyon dollar pul qazanır. Nə demək olar bəlkə də o adi rəssam olaraq həyatını davam etdirsə idi bu pulun yarısını da qazana bilməzdi.
    Linki kopyala