main-post-cover

    Bir startapçının diqqət etməli olduğu 6 vacib məqam

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Yeni bir işə başlamaq istəyiniz varsa və ya startap layihəsinə hazırlıq görürsünüzsə, onda bəzi vacib məqamlara diqqət etməyiniz vacib şərtdir.
    1. İlk olaraq sizə lazım olan işçi sayını təyin etməyiniz vacibdir. Bunun üçün şirkəti qurmadan öncə bu mövzuda bir qədər seçici davranmalısınız. Bu sizə işinizə daha tez başlamaqda yardımçı olacaq. Bundan əlavə yeni bir ideya üzərində işləyərkən cunior sayılan yeni işçilərlə bərabər professionalları da işə cəlb edin. Bu işinizin daha tez və effektiv olmasına yardımçı olacaq. İnkar etmək olmaz ki, professionallar digərləri ilə müqayisədə daha çox xərc tələb edir. Amma onların verimliliyinin cunior işçilərə nisbətdə 6 dəfə daha effektiv olmasını da nəzərə almalısınız. Həmçinin mütəxəssislər öz işlərində daha təcrübəli olduqları üçün daha az idarə olunmağa ehtiyac duyurlar. Cunior işçiləri işə cəlb etməyin digər vacib xüsusiyyəti isə onların zamanla işi daha da yüksək səviyyədə öyrənərək gələcək mütəxəssisə ehtiyacınızı ödəmək üçün yetişməsidir.
    2. Bacara bilmədiyiniz işə giriş etməyin. Bir işə giriş edirsinizsə, onda ən azından bu iş haqda məlumatınızın olması vacibdir. Bildiyiniz kimi yeni işə başlayanlarda büdcə problemi hər zaman ən vacib məsələlərdən birini təşkil edir. Buna görə başladığınız iş haqda mümkün qədər çox məlumatlı olun. Çünki işçi işdən çıxsa və ya bir problem olsa onu həll etmək sizin üzərinizə düşən vəzifədir. Yəni işinizin CEO-su olun. İşin texniki tərəfi haqda az məlumat sahibisinizsə, onda ortaqlıq etdiyiniz adamı da buna uyğun seçin. Bu işin başarısızlıq faizini aşağı salır.
    3. Yeni başlayacağınız işdə hər hansı məhsul çıxarmaqla əlaqəlidirsə, mütləq bazar araşdırması aparmalısınız. Məsələn, siz hər hansı məhsulu tam hazırladınız və kütlənin istəklərini nəzərə almadınız. Bu zaman sizin uğursuz olmaq ehtimalınız olduqca yüksək olacaq. Bundan əlavə mümkün qədər yenilikləri izləyin. Çünki texnologiya inkişaf etdikcə insanların tələbləri daha da yüksəlir. ABŞ-da aparılan araşdırmada ilk startap layihələrinin 70%-də xəta payının daha çox olduğu göstərilir. Ona görə də bir işə başlamadan risk dərəcəsini təyin etməyinizi tövsiyə edərdik.
    4. Məhsul çıxarmadan əvvəl onda olacaq xüsusiyyətləri müştərilərlə məsləhətləşərək tapın. Yəni məhsula mühəndis gözü ilə deyil, müştəri gözüylə baxın. Xırdalıqları gözdən qaçırmayın. Xırdalıqlar və xüsusi tərəflər sizi rəqiblərinizdən önə çıxaracaq.
    5. Bütün məlumatları dəqiqləşdirin.
    Bir məhsulun qiyməti nə qədərdir?
    Bir məhsul nə qədər vaxtda hazır olar və xərci nə qədərdir?
    Hansı işçi sizə nə qədər qazandırır?
    Hansı vəziyyətlərdə daha çox işçiyə ehtiyacınız ola bilər?
    Hansı şəraitdə verimlilik yüksək olacaq?
    Məhsulun verimliliyini artırmaq üçün nəyə yatırım etməlisiniz?
    6. Hər müştəriyə xüsusi yanaşın. Verəcəyiniz hər bir cavab sizin məhsulunuzun satışına təsir edəcək. Bundan əlavə sizə tutulan iradlara normal yanaşın. Heç kim və heç nə ideal deyil. İradlar sizin gələcəkdə daha da irəli getməyinizə şərait yaradacaq.
    Linki kopyala