Bir startapdan iki təkərli və elektrikli skateboard (VİDEO)

Bir startapdan iki təkərli və elektrikli skateboard (VİDEO)

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Yiimax adlı startap 400 vat gücə sahib elektromühərrikli və iki təkərli skateboardu təqdim edib.

Skateboardın maksimal sürəti saatda 19 km-dir. Klassik skateboardları idarə etmək asandır. Lakin iki təkərli versiya daha manevrlidir. Bu cür skateboardlarda ön təkər idarəetmə, arxa təkər isə sürət yığmaq üçün nəzərdə tutulub. Yiiboard elektromühərrikli ilk skateboarddır. Onun çəkisi 6 kq-dır. Skateboardın sürəti xüsusi pult ilə, istiqaməti isə istifadəçinin bədən hərəkəti ilə tənzimlənir. Skateboardın korpusu IP54 standartı ilə nəmişlikdən qorunma xüsusiyyətinə malikdir. O, bir dəfə şarj olunandan sonra 29 km yol qət edə bilər. Tam şarj olma müddəti isə 3-4 saatdır. Arxa təkərdə rekuperasiya sistemi var. Yəni skateboard tormoz verən zaman sərf olunmuş enerjinin bir hissəsi geri qayıdır. "Yiimix” şirkəti sözügedən layihəni Indiegogo platformasına yerləşdirmişdir. Lakin çox güman ki, onlar lazım olan 50.000$ vəsaiti yığa bilməyəcəklər. Belə ki, bir həftə ərzində şirkət cəmisi 2104$ vəsait yığa bilmişdir. Ön sifarişlə skateboardu 359$-a almaq olar.

 


 

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×