main-post-cover

    Bir tweet ilə necə milyarder oldu?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Uber"in ilk işə alınan işçisi Rayan Qreyvs-in bir tweetlə başlayan milyarderlik hekayəsi sizlərlə...

    2010-cu ilin Yanvar ayında "Uber"in CEO-su Travis Kalanik "Yeni – başlayacaq, böyük sərmayə, böyük insanların daxil olacağı məkan əsaslı bir xidmət üçün iş inkişaf etdirmədə öldürücü olacaq təşəbbüskar məhsul idarəçisi axtarılır. Bir təklifi olan?” yazan bir tweet atdı.

    Yaxın zamanda 50 milyon dollar dəyərində olan avtomobil sifariş şirkəti, o zamanlar 1 ildən az müddətdir fəaliyyətdə idi. Rayan Qreyvs adlı bir adam Kalanik-in tweet-ini gördü və cavab verdi: "Bu da sənə təklif: Mənə e-mail yaz :) ”. Qreyvs, "Twitter"də bunu yazdıqdan sonra da email adresini əlavə etdi.
    O tarixdə Qreyvs, "General Electric”də məlumat bazası idarəçiliyinə sahib adi bir işçi idi. Və "Foursquare” tərəfindən rədd edildikdən sonra orada ödənişsiz olaraq işləyərək əldə etdiyi az miqdarda iş inkişaf etdirmə təcrübəsinə sahib idi.
    6 il sonra bu tweet Qreyvs-dən bir milyarder yaratdı.
    Kalanik, "Uber"in ilk işə aldığı adam olan Qreyvs-dən əl çəkmədi. Qreyvs 2010-cu ilin sonlarında yerini, bu yerin əsl sahibi Kalanik-ə təhvil verənə qədər, bir müddət "Uber"in CEO-su oldu. Qreyvs "Uber"in Qlobal əməliyyatlarının rəhbəri olaraq bugün hələ də ordadır.
    "Uber"in çox yüksək dəyəri Qreyvs-i kağız üstündə milyarder edir. Kalanik, Qreyvs və "Uber" Co-founderi Qarret Kamp (Garret Camp) hər biri "Forbes"un dünyanın milyarderləri siyahısındadırlar. Ortaqlar Kalanik və şirkətdə Qreyvs-in sahib olduğundan daha çox hissə payına sahibdirlər və bu da onların niyə daha çox sərvətləri olduğunu açıqlayır ( sırası ilə 5.3 milyard $5.3 milyard $, və Graves-ə aid 1.4 milyard $). "Rayan Qreyvs-in 1 martda ilk iş günü idi və o qaçarkən yerə yıxılmadı”. Kalanik, "Uber"in yarandığını gündən bugünə qədər inkişafından danışan blog yazısında Qreyvs-in ilk iş günündən belə bəhs edir. "İşə başladığı gündən bəri həftənin 15-20 saatını məhsul üzərində, sürücülər və gəlir modeli haqqında bərabər işləyərək keçirdi. Startap oyununu sürətli öyrəndi və "Uber" komandasını inşa etmək üçün çox çalışdı. San Fransisco şəbəkəsini hazırladı və onun böyüməsi, böyük bir uğur idi.”
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər