Bir vaxtların iOS əfsanəsi oyun, indi Android-çilərin istifadəsində

Bir vaxtların iOS əfsanəsi oyun, indi Android-çilərin istifadəsində

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

2015-ci ildə iOS-un ən sevilən oyunlarından biri olan Shadowmatic oyunu Android üçün təqdim olundu. Oyun çıxar çıxmaz müsbət tənqidlər almağa başladı.

Google play-də hər gün yeni oyunlar çıxır. Sayları milyonları aşan tətbiq sayı ilə Google Play, Android platformasını rəngləndirən bir tətbiqdir. İstifadəçi dostu Android, developerləri tərəfindən inkişaf etdirilən oyunları təqdim etmək üçün son dərəcə uyğun bir əməliyyat sistemidir. Bunun arxasında dünyanın ən çox istifadə edilən əməliyyat sistemlərindən biri olması durur. Təbii olaraq belə geniş bir platformada proqramların lazım olan marağı cəlb etməsi üçün ya çox yaxşı oyununuz olmalı ya da cibinizdə reklam üçün ayrılmış böyük miqdarda pul olmalıdır.



Bu qədər sıxlıq təşkil edən bir platformada hər zaman istədiyiniz tətbiqi tapa bilmirsiniz. Bu gün sizlərə Shadowmatic adlı oyunu tanıdacağam. Əvvəlcə, istəsəniz oyunu dərhal xəbərin altında yer alan linklərdən yükləyə bilərsiniz. Oyun Android də çıxalı 3 gün oldu amma çıxdığı gündən bu yana haqqında möhtəşəm şərhlər yazıldı. Tamamilə xəyal gücünüzə əsaslanan oyunda, əlinizdə nə olduğu bilinməyən cisimlərin kölgəsini bir şeylərə bənzətməyə çalışırsınız. Daha açıq danışsaq , ağ bir işığın qarşısında duran cisimləri çevirərək, divarda həqiqi kölgələr meydana gətirməyə çalışırsınız.

Əslində oyun bundan iki il əvvəl, 15 yanvar 2015-ci ildə iOS platformaları üçün təqdim olunmuşdu. Hətta təqdim olunduğu il Apple Dizayn Mükafatını qazanmışdı. iOS-u bir birinə qatan Shadowmatic, nəhayət Android istifadəçilərinin də təcrübə edə biləcəyi bir oyun halına çevrildi.

Xəyal gücünüzün sərhədlərini zorlayacaq Shadowmatic, cəmi 100 hissədən ibarətdir . Bu hissələrin 14-nü pulsuz yükləyə bilərsiniz. 14 hissədən sonra oyun sizdən 2.99 dollarlıq ödəniş tələb edəcək. Yəni ilk başda 14 hissəni oynayıb oyunu test edib, vəziyyətə görə oyunun irəliləyən hissələrini də yükləyə bilərsiniz. Bu günlərdə xüsusilə orijinal oyunlara tez-tez rast gəlmirik, və bu səbəbdən belə tərzdə oyunlar gözümüzdə daha qiymətli olur. Ümumiyyətlə çıxan oyunlar bir əvvəlkinin təkrarı olduğundan və belə fərqli tərzdə oyunlar çıxdığında, hərkəsdə həyəcan yarada bilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×