Bitcoin 'in qurucusu nəhayət ortaya çıxdı

Bitcoin 'in qurucusu nəhayət ortaya çıxdı

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

İnternet dünyasının virtual pul vahidi olan Bitcoin’in yaradıcısı, illərdir kimliyi bəlli olmayan şəxs nəhayət BBC üçün müsahibə verməklə kimliyini açıqladı.

Bildiyimiz kimi, internet üzərindən online və virtual pul vahidləri bir çox insanın həyatında böyük rol oynayır. Xüsusilə də Bitcoin\'in dəyəri çox yüksəkdir və real pullarla qarşılığı var. Keçən ilin dekabr ayında bəzi araşdırmalardan sonra Bitcoin’in yaradıcısı olduğuna dair faktlar tapılmış, amma bütün bunlara baxmayaraq dəqiq məlumat əldə edilməmişdi. Qatıldığı müsahibədə artıq özünü gizlətməyin mənasının olmadığını deyən Craig Steven Wright, əlində olan bəzi sənədlərlə birlikdə Bitcoin’in yaradıcısı olduğunu açıqladı. 

BBC, Economist və GQ’yə bir açıqlama edən Wright’ın bu deyimləri təkcə özü tərəfindən təsdiqlənmir. Bitcoin Foundation’ın qurucularından olan Jon Matonis tərəfindən də bu fakt təsdiqləndi. Hətta əlində olan sənədlərdən də əlavə sənədləri olduğunu qeyd edən Wright, ona Bitcoin’i yaratması üçün başqa insanlardan da kömək aldığını söylədi. Əlavə olaraq, həmin insanları da üzə çıxaracağını, onların da kimliyinin ortaya çıxmasının vaxtının gəldiyini qeyd etdi.

1970-ci ildə anadan olan və indiyə qədər Satoshi Nakamoto kod adı ilə tanınan Craig Steve Wright, bir kompüter mühəndisi və iş adamıdır. Özü haqqında Gizmodo və Wired saytlarının araşdırmalarından xəbərdar olduğunu dedi. Hətta artıq Bitcoin’in qurucusu olaraq tanınmağı istədiyini və son olaraq özünü tanıdaraq iddialara son nöqtə qoyan Wright, sadəcə bir şeydən qorxur: "həddən artıq maraq". Tək istəyinin sadəcə təklik olduğunu deyən Wright, heç bir şəkildə TV və ya mediya qarşısına da çıxmaq istəmədiyini qeyd edib.

Hal hazırda bazarda 15,5 milyon Bitcoin’in döndüyünü və bunlardan 1 milyonuna Wright’ın sahib olduğu qeyd olunur. Bu 1 milyonun günümüzdəki dəyəri isə 450 milyon dollardır. Hal hazırda Wikipedia\'da sadəcə "kompüter mühəndisi" olaraq görünən Wright\'ın yaxında \'Bitcoin\'in qurucusu\' ünvanına da sahib olacağını deyə bilərik.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×