Bitkilərə və buludlara sahib yeni ekzoplanet kəşf olundu
07.05.2017
Farid Pardashunas
Astronom, yeni kəşf etdiyi ekzoplanetə Proxima b adını verib.
Nature elmi jurnalın 2016-cı il Top-10 alimlər
siyahısına daxil olmuş ispaniyalı Guillem Anglada-Escude, yeni ekzoplanet kəşf
edib. Onun sözlərinə əsasən yeni kəşf etdiyi ekzoplanetdə buzlar, buludlar və
bitkilər mövcuddur. "Mənim təsəvvürümdə Proxima b, Mars-a bənzəyir. Lakin bizim
sistemimizdəki Mars-dan fərqli olaraq Proxima b-də buzlar, buludlar və bitkilər
var” – deyə o qeyd edib. Həmçinin alim qeyd edib ki, Proxima b-nin səthi
okeanla əhatə oluna bilər. Alim həmin ekzoplanetə kosmik aparatın göndərilməsi
ideyasının vacibliyini də bildirib. Proxima b-də 1 il, 11.2 Yer sutkasına bərabərdir.
Onun kütləsi Yer kütləsindən 1.3 dəfə böyükdür. Səthindəki temperatur isə 0 dərəcəyə
bərabərdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək