Biz yadplanetli sivilizasiyalar ilə nə zaman əlaqə quracağıq?

Biz yadplanetli sivilizasiyalar ilə nə zaman əlaqə quracağıq?

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Son vaxtlar biz yadplanetli sivilizasiyaların axtarışı haqqında bir çox xəbərlər eşidirik. Kornell Universitetinin mütəxəssisləri isə öz müşahidələrinə əsaslanaraq insanların yadplanetli sivilizasiyalar ilə nə zaman əlaqə yaradacaqlarını söyləyiblər. Alimlər öz nəticələrində o qədər də optimist deyillər. Onların fikrincə ilk yadplanetli sivilizasiya ilə əlaqə 1.5 min ildən sonra baş tutacaq. Bu proqnoz bizim sivilizasiyanın hal-hazırki inkişaf tempinə əsasən verilib. Ulduzlararası əlaqəni təmin etməyi bacaran güclü radiosiqnal hələ 1936-cı ildə (Berlində Olimpiya oyunlarının açılış vaxtı) göndərilmişdir. Alimlərin fikrincə onların qeyd etdikləri müddət yadplanetlilərin həmin siqnalı qəbul edib bizlərə cavab siqnalı göndərməkləri üçün kifayət etməlidir. Mütəxəssislər qeyd ediblər ki, Yer kürəsini əhatə edən 80 işıq ili radiuslu sahə özündə 8.5 min ulduzu və 3.5 min Yer kürəsinə bənzər planeti birləşdirir. Lakin 40 işıq ili radiuslu sahədə yadplanetli sivilizasiyanın olma ehtimalı çox kiçikdir.

Başqa sözlə desək digər sivilizasiyaların nümayəndələri ilə əlaqə yaratmaq çox çətin olsa da mümkündür. Ümumiyyətlə bizim qalaktikamız olan Süd Yolundan danışsaq belə qənaətə gəlmək olar ki, qalaktikamızda 78 milyon sivilizasiya mövcuddur. Lakin çox güman ki, onların böyük bir hissəsi artıq məhv olub. Yeni tədqiqatlar Dreyk tənliyi (qalaktikada bizimlə əlaqəyə girmək ehtimalı olan sivilizasiyaların sayını hesablamağa imkan verən riyazi formul) əsasında aparılmışdır. Alimlərin əsas məqsədi Fermi paradoksunun tam əksini sübut etməkdir. Tədqiqatın müəlliflərinin fikirlərinə əsasən bu vəziyyətdə qəribə və paradokslu bir şey yoxdur. Belə ki, Yer kürəsinə bənzər planetlər arasındakı məsafə çox böyükdür. Bununla belə həmin planetlərdən birində yüksək inkişaf etmiş sivilizasiyanın olma ehtimalı azdır. 2010-cu ildə tədqiqatçı Claudio Maccone Dreyk tənliyi vasitəsilə hesablamalar apararaq belə qənaətə gəlmişdi ki, bizim qalaktikamızda 4.5 min yadplanetli sivilizasiyası mövcuddur. Süd yolu qalaktikasının ölçülərini nəzərə alsaq bu göstərici çox kiçikdir. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×