main-post-cover

    Bizə yaxın olan qara dəliklər

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Belə bir cümlə vardır. "Dostları yaxın düşmənləri isə onlardan daha yaxın tut”. Söhbət qara dəliklərdən gedəndə bu cümləni yaddan çıxartmaq lazımdır. Qara dəliklər elə düşmənlərdəndir ki, onları çox uzaqda saxlamaq lazımdır. Biz kosmosun elə bir sahələrindən danışırıq ki, oralarda maddələr çox sıx yerləşiblər. Həmin sahələrdən çıxmaq üçün isə işıq sürətindən daha tez hərəkət etmək lazımdır. Bildiyiniz kimi heçnə işıq sürətindən tez hərəkət edə bilməz. Qara dəliyə yaxınlaşın və siz sonsuz kiçik nöqtə istiqamətində spagetti kimi uzanıb məhv olacaqsınız. Hətda siz qara dəlikdən uzaq olsaz belə zərər görəcəksiniz. Belə ki, qara dəlik öz enerjisini qravitasiyası hesabına işıq illərindən belə ötürə bilir. Əgər bu cür enerji Günəş sisteminə yaxınlaşsa o sözün əsl mənasında sistemdəki bütün planetlərdə xaos yaradacaq. Qara dəliyi məhv etmək mümkün deyil. Edə biləcəyiniz tək şey onun buxarlanması üçün milyardlarla il gözləmək ola bilər. Bu cür böyük təhlükə ilə qarşı-qarşıya gəlməmək üçün ən azından qara dəliklərin harda yerləşdiklərini öyrənmək lazımdır. Bizə yaxın olan qara dəliklər harda yerləşirlər?
    Qara dəliklər iki növə bölünür. Superkütləli qara daliklər hansılar ki, hər bir qalaktikanın mərkəzində olurlar və ulduz kütləli qara dəliklər hansılar ki, supernova ulduzlarının (partlayış zamanı parlaqlığı kəskin artan ulduzlar) partlayışı zamanı yaranırlar. Superkütləli qara dəliklər ilə hər şey aydındır. Kainatdakı hər bir qalaktikanın mərkəzində bu cür qara dəlik mövcuddur. Hətda Günəş sisteminin olduğu Süd yolu qalaktikasında bizdən 27.000 işıq ili uzaqlığında yerləşən belə bir qara dəlik var. Superkütləli qara dəliklər bizim üçün heç bir təhlükə yaratmır. Lakin kiçik qara dəliklər böyük problemlər yarada bilər. Belə ki, qara dəliklər radiasiya şüalandırmırlar və onlar gözə görünmürlər. Buna görə də onları səmada görmək qeyri-mümkündür. Səmada qara dəliyin olduğuna əmin olmaq üçün tək üsul ona yaxınlaşıb işığın əyilməsini görməkdir. Lakin artıq dediyimiz kimi siz qara dəliyə yaxınlaşsaz məhv olacaqsınız. 
    Bizə yaxın olan məşhur qara dəliklərdən biri V616 Monocerotis-dir (başqa adla V616 Mon). O bizdən 3000 işıq ili uzaqlığında yerləşir və 9-13 Günəş kütləsinə sahibdir. Biz bu haqda bilirik çünki o yarım Günəş kütləli ulduz ilə binar sistemdə yerləşir. Yalnız qara dəlik onun binar qonşusunun yüksək sürətlə fırlanmasına gətirib çıxarda bilər. Astronomlar həmin qara dəliyi görmürlər. Lakin onlar onun orda yerləşdiyini hörülmüş qravitasiya rəqsi hesabına bilirlər. 
    Növbəti bizə yaxın olan qara dəlik Cygnus X-1-dir. O bizdən 6000 işıq ili uzaqlığında yerləşir və kütlə baxımından Günəşdən 15 dəfə ağırdır. Cygnus X-1 də binar sistemin bir hissəsdir. Reallıq ondan ibarətdr ki, qara dəliklərin yalnız kiçik bir hssəsi binar sistemə daxildir. Qara dəliklərin aşkar edilməsində bu bizim hələki yeganə üsulumuzdur. Çox güman ki, yaxınlıqda daha çox qara dəliklər var hansıları ki, astronomlar hələki aşkar edə bilməyiblər. Günəş sistemi artıq 4.5 milyard ildirki mövcuddur. Bu zaman ərzində planetlər heç bir maneə olmadan mövcuddurlar. Hətda əgər qara dəlik Günəş sistemindən onlarla işıq ili uzaqlığında keçsəydi belə o sistemdə xaos yaradacaqdı. Biz qara dəliklə milyardlarla il ərzində qarşılaşmamışıq və çox güman ki, növbəti milyardlarla il ərzində qarşılaşmayacağıq. Lakin biz buna necə əmin ola bilərik? Bəlkədə yaxınlıqda bir qara dəlik mövcuddur. Biz bunu bilmirik. Bəlkədə bilməməyimiz elə ən yaxşısıdır.
    Linki kopyala