

Kosmos bir çox sirləri özündə birləşdirir və biz onun haqqında çox az blirik. Məsələn yaxın günlərdə astronomlar bizim qalaktikamızın yaxınlığında digər böyük qalaktika aşkar ediblər. O sanki hardansa peyda olub. Aşkar edilmiş yeni qalaktika Krater 2 adlandırılıb. Onun aşkar edilməsi tamamilə gözlənilməz olsa da bütün bu vaxt ərzində o bizim qalaktikanın yaxınında yerləşirmiş. İnsanlar sadəcə onu görmürdülər. Astronomlar yeni qalaktika barəsində artıq bir neçə maraqlı fakt əldə ediblər. Krater 2 o dərəcədə böyükdür ki, bizim qalaktkanın yaxınlığında yerləşən qalaktikalar sırasında böyüklüyünə görə 4-cü yeri tutur. Bundan əlavə olaraq o bizdən o qədər də uzaqda yerləşmir. Astronomi nöqteyi nəzərdən o bizim yaxın qonşumuzdur. Bəs hansı səbəbə görə həmin qalaktika daha əvvəl aşkar edilməyib?
Bu sualın çox sadə açıqlaması var. Krater 2-nin böyük və yaxın olmasına baxmayaraq o həmdə çox qaradır. Bundan əlavə olaraq o insanlar tərəfindən indiyənə kimi aşkar edilmiş qalaktikalar arasında ən bozudur. Nəzərə alsaq ki, Krater 2-nin digər qonşuları olduqca parlaqdır məhz buna görə onu əvvəllər aşkar etmək qeyri-mümkün olub. Yeni kəşf bizim kosmos haqqında biliklərimiz barəsində bir çox suallar yaradıb. Alimlərin bu cür böyük və qara qalaktikaların bizim qalaktikamızın ətrafında var olduğunu bildikdən sonra Krater 2-ə bənzər digər qalaktikaların axtarışına start veriləcək.
Şərh yoxdur