
Bizlər kompüter simulyasiyasındamı yaşayırıq?
Digər
07.05.2017
Farid Pardashunas
Ümumiyyətlə bu mənim kainat haqqında ən sevdiyim nəzəriyyədir.
Təkcə mənim deyil. Fiziklər, filosoflar və elmlə məşqul olan sadə adamlar bu
barədə müzakirələr aparırlar. Biz virtual təzahürlər ola bilərikmi? Tam olaraq "Matrix”
filmindəki kimi deyil. Lakin ona oxşar bir dünya. Bəlkə bizim dünya məhz elə
simulyasiyadır. Əgər siz, mən, Yer kürəsinin digər insanları və kosmosda olan hər
bir element bir kompüter oyununun mexanizmi olsaydı çox gümanki bizim bundan xəbərimiz
belə olmayacaqdı. Bu cür fikir bir film üçün əla ssenariyə bənzəsə də tamamilə əsaslandırılmış
bir nəzəriyyədir. Bu mübahisəli fikir bu yaxınlarda ABŞ-da yenidən müzakirə
mövzusuna çevrilmişdir. Hayden planetariumunun direktoru Neil deGrasse Tyson-un
fikrincə bizim başqasının yaratdığı proqramın sadəcə bir mexanizmi olmağımızın
ehtimalı 50/50-dir.”Düşünürəmki bunun olma ehtimalı çox yüksəkdir” – deyə Neil
Tyson bildirib. O həmçinin insanla şimpanzenin zəka fərqini də qeyd edib. Baxmayaraq
ki, onlarla bizim DNT-lərimiz 98% eynidir. Bəlkədə kosmosun dərinliklərində zəkaları
çox yüksək olan canlılar var. "Biz onlara nisbətən ağılsız varlıqlar olardıq.
Əgər bu belədirsə onda mən asanlıqla təsəvvür edə blərəm ki, bizim həyatımızdakı
hər şey kiminsə əyləncəsi üçün nəzərdə tutulmuş bir təzahürdür” – deyə Neil Tyson bildirib.
2003-cü ildə Oksford Universitetinin filosofu Nick Bostrom
simulyasiya nəzəriyyəsi haqqında maraqlı fikir səsləndirmişdir. Onun fikrincə
yüksək inkişaf etmiş sivilizasiyanın nümayəndələri böyük gücə malik
hesablamaların köməyi ilə öz əcdadlarının simulyasiyasını işə salıblar. Bundan əlavə
olaraq çox güman ki, onlar bir çox bu cür simulyasiyaları işə salıblar. O vaxta
kimi ki, tabe olan şüurlar ilkin əcdadların əsl şüurlarından fərqli olaraq
simulyasiya çərçivəsində süni olsunlar. Bizim virtual təzahür olmağımız
haqqında fikirləşməyimiz üçün digər səbəblər də var. Məsələn biz nə qədər çox
kainat haqqında öyrəniriksə görürük ki, kainat riyazi qaydalara daha çox
bağlıdır. Bəlkə də bu məlumat deyil, içində yaşadığımız kainat təbiətinin bir
funksiyasıdır. "Əgər mən hansısa kompüter oyununun personajı olsaydım sonda
başa düşərdim ki, qaydalar riyazi və çox sərtdirlər” – deyə Massaçusets Texnologiya
İnstitutunun kosmoloqu Max Tegmark bildirib.
Bundan əlavə olaraq fizikada məlumat nəzəriyyəsindən fikirlər
ortaya çıxır. "Mənim müşahidələrimdə maraqlı bir fakta rast gəlinib. Mən düzəliş
edən kodlara rast gəlmişəm. Brauzerlər həmin kodların vasitəsilə çalışırlar. Həmin
kodlar mən kvarkları, elektronları və supersimmetriyanı müşahidə edən zaman
hesablamalarımda necə çıxıblar? Bu hadisə məni o fikrə gətirdi ki, mən artıq
Max kimi insanları dəli adlandıra bilmirəm” – deyə Merilend ştatı
universitetinin fiziki James Gates bildirib. Hər-halda bir çoxları bu cür
fikirlə razı deyillər. "Əgər siz öz problemləriniz üçün IT həll aşkar
edirsinizsə bu sadəcə təsadüfdür. Siz çəkic olduğunuz zaman hər bir problem
mıxa bənzəyir” – deyə
Neil Tyson bildirib.
Harvard Universitetinin fiziki Lisa Randall-ın fikrincə şüurların
gələcəkdə bioloji deyil süni olacaqları ehtimalını ciddiyə almamaq lazımdır. "Bu
fikrin təməlində yaxşı müəyyən edilmş ehtimallar yoxdur. Bu arqumentdən belə qənaətə
gəlmək olar ki, bizi təqlid etmək istəyən bir çox varlıqlar var. Lakin mənim
fikrimcə bu qəribədir. Biz özümüz özümüzə çox maraq göstəririk. Mən bilmirəm
ki, niyə yüksək zəkalı varlıqlar bizi təqlid etmək istəsinlər” – deyə Lisa
Randall bildirib. Randall həmçinin onu da qeyd edib ki, kainatın simulyasiya
olma ehtimalını müşahidə edən alimləri başa düşmür. Onun fikrincə bu mənasız məşğuliyyətdir.
Bizim varolmağımızın təməlinə aid olan bu cür fərziyyələr
bir qayda olaraq yoxlanılmamış olurlar. Lakin bəzi alimlər düşünürlər ki, bizim
kompüter oyununda yaşadığımızı bəyan edəcək təcrübi sübutlar aşkar edə bilərlər.
Fikirlərdən biri ondan ibarətdir ki, simulyasiyanın işini rahatlatmaq üçün
proqramçılar bucaqları kəsməyə yönəlikdirlər. "Əgər kainatın təməlində simulyasiya
dayanırsa onda hesablama resurslarının məhdudiyyətliyi problemi olmalıdır. Bu
cür problem bizdədə var. Buna görə də fiziki qanunlar yekun həcmdə yekun
miqdarda nöqtələr üzərində çalışmalıdır. Bizim simulyasiyada olmamağımız
haqqında sübut almaq qeyri-mümkündür. Belə ki, ala biləcəyimiz hər-hansı bir
sübut özü simulyasiya ola bilər” – deyə Massaçusets Texnologiya Universitetinin
fiziki Zohreh Davoudi bildirib.
Əgər aşkar olunsa ki, biz həqiqətən də hansısa matrisada
yaşayırıq bəs onda nə olacaq? Biz axı bununla heçnə edə bilməyəcəyik. Hər-halda
bu cür fikir bir sıra vacib sualları ortaya çıxardır. "Əgər modelləşdirmə nəzəriyyəsi
həqiqətdirsə o zaman biz sonsuz həyat, dirilmə və dini inanclar kontekstində
olan vacib məsələlərə yaxınlaşırıq. Səbəb çox sadədir. Əgər biz kompüterdə var
olan proqramlarıqsa onda kompüter zərər görmədiyi müddətcə proqramı yenidən işə
salmaq olar”. Və əgər kimsə bizim simulyasiyamızı yaradıbsa bu cür hərəkət onu
Tanrı edirmi? "Biz bu kainatda simulyasiya olunan dünyalar yarada blərik. Bunda
qorxunc heç bir şey yoxdur. Bizim yaradıcımızdada qorxunc heç bir şey yoxdur” –
deyə Nyu-York Universitetinin fəlsəfə üzrə professoru David Chalmers bildirib.
Digər tərəfdən baxsaq bizlər öz simulyasiyalarımızın tanrılarıyıq. Lakin bir əsas
sual cavabsız olaraq qalır. Əgər bütün proqramı sıradan çıxaran xəta aşkarlansa
onda necə?
Linki kopyala
Həftənin xəbərləri

