Bizlər kompüter simulyasiyasındamı yaşayırıq?

Bizlər kompüter simulyasiyasındamı yaşayırıq?

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Ümumiyyətlə bu mənim kainat haqqında ən sevdiyim nəzəriyyədir. Təkcə mənim deyil. Fiziklər, filosoflar və elmlə məşqul olan sadə adamlar bu barədə müzakirələr aparırlar. Biz virtual təzahürlər ola bilərikmi? Tam olaraq "Matrix” filmindəki kimi deyil. Lakin ona oxşar bir dünya. Bəlkə bizim dünya məhz elə simulyasiyadır. Əgər siz, mən, Yer kürəsinin digər insanları və kosmosda olan hər bir element bir kompüter oyununun mexanizmi olsaydı çox gümanki bizim bundan xəbərimiz belə olmayacaqdı. Bu cür fikir bir film üçün əla ssenariyə bənzəsə də tamamilə əsaslandırılmış bir nəzəriyyədir. Bu mübahisəli fikir bu yaxınlarda ABŞ-da yenidən müzakirə mövzusuna çevrilmişdir. Hayden planetariumunun direktoru Neil deGrasse Tyson-un fikrincə bizim başqasının yaratdığı proqramın sadəcə bir mexanizmi olmağımızın ehtimalı 50/50-dir.”Düşünürəmki bunun olma ehtimalı çox yüksəkdir” – deyə Neil Tyson bildirib. O həmçinin insanla şimpanzenin zəka fərqini də qeyd edib. Baxmayaraq ki, onlarla bizim DNT-lərimiz 98% eynidir. Bəlkədə kosmosun dərinliklərində zəkaları çox yüksək olan canlılar var. "Biz onlara nisbətən ağılsız varlıqlar olardıq. Əgər bu belədirsə onda mən asanlıqla təsəvvür edə blərəm ki, bizim həyatımızdakı hər şey kiminsə əyləncəsi üçün nəzərdə tutulmuş bir təzahürdür” – deyə Neil Tyson bildirib.

2003-cü ildə Oksford Universitetinin filosofu Nick Bostrom simulyasiya nəzəriyyəsi haqqında maraqlı fikir səsləndirmişdir. Onun fikrincə yüksək inkişaf etmiş sivilizasiyanın nümayəndələri böyük gücə malik hesablamaların köməyi ilə öz əcdadlarının simulyasiyasını işə salıblar. Bundan əlavə olaraq çox güman ki, onlar bir çox bu cür simulyasiyaları işə salıblar. O vaxta kimi ki, tabe olan şüurlar ilkin əcdadların əsl şüurlarından fərqli olaraq simulyasiya çərçivəsində süni olsunlar. Bizim virtual təzahür olmağımız haqqında fikirləşməyimiz üçün digər səbəblər də var. Məsələn biz nə qədər çox kainat haqqında öyrəniriksə görürük ki, kainat riyazi qaydalara daha çox bağlıdır. Bəlkə də bu məlumat deyil, içində yaşadığımız kainat təbiətinin bir funksiyasıdır. "Əgər mən hansısa kompüter oyununun personajı olsaydım sonda başa düşərdim ki, qaydalar riyazi və çox sərtdirlər” – deyə Massaçusets Texnologiya İnstitutunun kosmoloqu Max Tegmark bildirib. 


Bundan əlavə olaraq fizikada məlumat nəzəriyyəsindən fikirlər ortaya çıxır. "Mənim müşahidələrimdə maraqlı bir fakta rast gəlinib. Mən düzəliş edən kodlara rast gəlmişəm. Brauzerlər həmin kodların vasitəsilə çalışırlar. Həmin kodlar mən kvarkları, elektronları və supersimmetriyanı müşahidə edən zaman hesablamalarımda necə çıxıblar? Bu hadisə məni o fikrə gətirdi ki, mən artıq Max kimi insanları dəli adlandıra bilmirəm” – deyə Merilend ştatı universitetinin fiziki James Gates bildirib. Hər-halda bir çoxları bu cür fikirlə razı deyillər. "Əgər siz öz problemləriniz üçün IT həll aşkar edirsinizsə bu sadəcə təsadüfdür. Siz çəkic olduğunuz zaman hər bir problem mıxa bənzəyir” – deyə Neil Tyson bildirib.

Harvard Universitetinin fiziki Lisa Randall-ın fikrincə şüurların gələcəkdə bioloji deyil süni olacaqları ehtimalını ciddiyə almamaq lazımdır. "Bu fikrin təməlində yaxşı müəyyən edilmş ehtimallar yoxdur. Bu arqumentdən belə qənaətə gəlmək olar ki, bizi təqlid etmək istəyən bir çox varlıqlar var. Lakin mənim fikrimcə bu qəribədir. Biz özümüz özümüzə çox maraq göstəririk. Mən bilmirəm ki, niyə yüksək zəkalı varlıqlar bizi təqlid etmək istəsinlər” – deyə Lisa Randall bildirib. Randall həmçinin onu da qeyd edib ki, kainatın simulyasiya olma ehtimalını müşahidə edən alimləri başa düşmür. Onun fikrincə bu mənasız məşğuliyyətdir.

Bizim varolmağımızın təməlinə aid olan bu cür fərziyyələr bir qayda olaraq yoxlanılmamış olurlar. Lakin bəzi alimlər düşünürlər ki, bizim kompüter oyununda yaşadığımızı bəyan edəcək təcrübi sübutlar aşkar edə bilərlər. Fikirlərdən biri ondan ibarətdir ki, simulyasiyanın işini rahatlatmaq üçün proqramçılar bucaqları kəsməyə yönəlikdirlər. "Əgər kainatın təməlində simulyasiya dayanırsa onda hesablama resurslarının məhdudiyyətliyi problemi olmalıdır. Bu cür problem bizdədə var. Buna görə də fiziki qanunlar yekun həcmdə yekun miqdarda nöqtələr üzərində çalışmalıdır. Bizim simulyasiyada olmamağımız haqqında sübut almaq qeyri-mümkündür. Belə ki, ala biləcəyimiz hər-hansı bir sübut özü simulyasiya ola bilər” – deyə Massaçusets Texnologiya Universitetinin fiziki Zohreh Davoudi bildirib.

Əgər aşkar olunsa ki, biz həqiqətən də hansısa matrisada yaşayırıq bəs onda nə olacaq? Biz axı bununla heçnə edə bilməyəcəyik. Hər-halda bu cür fikir bir sıra vacib sualları ortaya çıxardır. "Əgər modelləşdirmə nəzəriyyəsi həqiqətdirsə o zaman biz sonsuz həyat, dirilmə və dini inanclar kontekstində olan vacib məsələlərə yaxınlaşırıq. Səbəb çox sadədir. Əgər biz kompüterdə var olan proqramlarıqsa onda kompüter zərər görmədiyi müddətcə proqramı yenidən işə salmaq olar”. Və əgər kimsə bizim simulyasiyamızı yaradıbsa bu cür hərəkət onu Tanrı edirmi? "Biz bu kainatda simulyasiya olunan dünyalar yarada blərik. Bunda qorxunc heç bir şey yoxdur. Bizim yaradıcımızdada qorxunc heç bir şey yoxdur” – deyə Nyu-York Universitetinin fəlsəfə üzrə professoru David Chalmers bildirib. Digər tərəfdən baxsaq bizlər öz simulyasiyalarımızın tanrılarıyıq. Lakin bir əsas sual cavabsız olaraq qalır. Əgər bütün proqramı sıradan çıxaran xəta aşkarlansa onda necə?

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×