main-post-cover

    Black Friday günündə baş vermiş bədbəxt hadisələr (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Black Friday”, Yeni il bayramından öncəki endirim sezonunun ilk günüdür.

    Bu endirimli günün bütün dünyada keçirilməsinə baxmayaraq məhz ABŞ-da keçirilən Black Friday ən rezonanslı hesab olunur. Belə günlərdə insanların müxtəlif mağazalara necə hücum çəkdikləri barəsində videolar YouTube-da öz əksini tapır. Bu il də istisna olmadı. Endirimlərə görə insanlar bir gün qabaq mağazaların önündə sıra ilə gözləməyə başladılar. Polislər isə ciddi iş rejiminə keçdilər. Lakin  buna baxmayaraq qurbanlarsız həmin gün ötüşmədi. "Technote.az”ın "New-York Daily News”a istinadən verdiyi xəbərə əsasən Black Friday günündə iki nəfər həyatını itirib, 4 nəfər isə silahla yaralanıb.
     
    Nyu Cersi ştatının Atlantik dairəsində yerləşən Macy’s ticarət mərkəzində 20 yaşlı gənc oğlan odlu silahla vurulmuşdu. Onun 28 yaşlı qardaşı isə ciddi xəsarətlər alaraq xəstəxanaya düşmüşdür. Polis hal-hazırda atəş açmış şəxsin axtarışındadır. Nevada ştatının Reno şəhərində isə iki şəxs, Walmart marketinin önündəki avtomobil dayanacağında olmuş yeri bölüşdürə bilmədiklərindən biri digərini öldürmüş və hadisə yerindən qaçmışdır. Tennessi ştatının Memfis şəhərindəki ticarət mərkəzlərindən birində də odlu silah ilə yaralanma hadisəsi baş vermişdir. Videolardakı kadrları görəndə insanların sadəcə böyük endirimlərə görə kim olduqlarını unutmaqlarını görmək acınacaqlıdır.
     
    Linki kopyala