main-post-cover

    Black Onyx Galaxy Note 7 modeli satışa çıxdı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Samsung"un bir müddət gündəmdən düşməyən telefonu Galaxy Note 7, şirkətin mənfi nüfuzuna səbəb olmuşdu. Amma artıq şirkət bu xəbərlərdən can qurtarmaq və öncədən tanıtdığı, amma batareya problemlərinə görə çıxış tarixi gecikən Galaxy Note 7 Black Onyx versiyasını bazara çıxarıb.

    Black Onyx Galaxy Note 7 satışa çıxdı

    Bildiyiniz kimi Galaxy Note 7, mavi, qızılı və gümüşü rənglərdə satışa çıxarılmışdı. Ehtimallara görə Black Onyx versiyası Apple-ın iPhone 7 və iPhone 7 Plus modellərinin tanıtımından sonra ortaya çıxarılması nəzərdə tutulub, amma Samsung-un Galaxy Note 7 ilə yaşadığı problem bu işi bir qədər kölgədə qoyub.
    İndi isə şirkət, Black Onyx Galaxy Note 7-ni Cənubi Koreyada satışa çıxarıb. Xatırladaq ki, Samsung istifadəyə yararsız Galaxy Note 7-nin yerinə başqa modellərlə dəyişdirməsi haqda məlumat vermişdi. Amma bu modellər arasında Black Onyx Galaxy Note 7-nin yer alıb-almayacağı bilinmir.
    Linki kopyala