Uzun müddət bazarda istədiyini əldə edə bilməyən BlackBerry yenə şansını yoxlamaq qərarına gəlib. Priv adlı yeni smartfonunu təqdim edən şirkət bu dəfə də QWERTY klaviatura ilə təchiz olunub. Galaxy S6 Edge-də olduğu kimi qövsvari ekrana sahib olan telefonun 18MP arxa kamerası, 2K ekranı və 64 bit Snapdragoon 808 prosessoru var. Android 5.1.1 ilə çalışan Priv-in batareyası 3410 mAh ölçüsündədir. Telefonun klaviaturası sürüşdürmə əməliyyatı ilə özünü göstərir. Klaviatura yuvasında olarkən isə 5.4 inç ölçülü ekrana sahib olan Priv-in bazardaki premium smartfonlardan heç bir fərqi yoxdur. Bir kiçik məqamı çıxmaq şərtiilə. BB Priv-in qalınlığı 9.4 mm-dir. Yəni hardasa 1 sm. Hal hazırda smartfonlar arasında bu ölçüdə olanını tapmaq demək olarki, qeyri-mümkündür. Əlbəttə telefonun klaviaturasına görə qalınığa fikir verməyə də bilərsiniz amma gündəlik 5.5 mm-lik telefonlardan istifadə edərkən birdən birə iki qat qalın bir cihazı ələ almaq bir qədər qəribə hisslər verə bilər.
Telefon BlackBerry-nin saytında 700 abş dollarına satılır. Amma cihazın ölkəmizdəki satış qiymətinin iPhone-larla yaxın olacağı deyilir.
Şərh yoxdur