

BlackBerry şirkəti Android platformasında çalışan ikinci smartfonunu anons edib. Şirkətin söylədiyinə görə yeni cihaz "dünyanın ən təhlükəsiz” smartfonudur. BlackBerry DTEK50 adlı yeni smartfon dizayn və texniki göstəricilər baxımından Alcatel-in Idol 4 smartfonuna bənzəyir. O 5.2 inç Full HD ekran, Qualcomm Snapdragon 617 prosessoru, 3 GB-lıq RAM və 2610 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Kameraya gəldikdə isə smartfon 13 MP-lik arxa və 8 MP-lik ön kameraya sahibdir. DTEK50 Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində çalışır. Ümumi olaraq cihazın proqram təminatı şirkətin ilk Android smartfonu Priv-in proqram təminatına bənzəyir. Yeni smartfonun əsas özəlliyi DTEK adlı təhlükəszilik sistemidir. Həmin sistem smartfonu zərərli tətbiq, hacker hücumları və digər təhlükəli hallardan qoruyacaq. BlackBerry təmsilçilərinin sözlərinə görə şirkətin mühəndisləri Android sistemini elə təkmilləşdiriblər ki, Google-ın platforması şirkətin texnologiyası ilə uyğunlaşsın. Bundan əlavə BlackBerry bildirib ki, şirkət 3 Android smartfon hazırlayır. BlackBerry DTEK50 onlardan biridir. Yeni smartfon $299.99qiymətinə satılacaq və 8 avqust tarixində satışa çıxacaq.
Şərh yoxdur