Reklam
BlackBerry geri qayıdır?!

BlackBerry geri qayıdır?!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Q2 Fiscal 2016 nəticələrinə görə BlackBerry gələcəklə bağlı planlarından bəhs edib. Şirkət BlackBerry Security sistemi ilə təchiz olunacaq və Android əməliyyat sistemi ilə çalışacaq yeni modeli BlackBerry Priv modelini istifadəçilərə təqdim edəcəyini açıqlayıb. Hələlik, telefon barədə rəsmi məlumatlar olmasa da, sızan məlumatlara görə artıq bazara təqdim olunmaq üçün hazırdır. BlackBerry xəbəri rəsmi olaraq belə bəyan etdi:

Today, I am confirming our plans to launch Priv, an Android device named after BlackBerry\'s heritage and core mission of protecting our customers\' privacy. Priv combines the best of BlackBerry security and productivity with the expansive mobile application ecosystem available on the Android platform."


Buradan da görünür ki, bazarda mövcudluğunu saxlamaq istəyən şirkət iddialı bir modellə qarşımıza çıxacaq. Həmçinin bəyənat bizə onu da göstərir ki, BlackBerry özünə məxsus sistemi ilə Android sistemini birləşdirəcək və istifadəçilərə BlackBerry performansını təqdim edəcək. Bundan sonrakı açıqlamada isə bunlar qeyd olundu:

BlackBerry yeni modeli ilə yeni bir yol cızdığını açıqlayır. Cihaz slide formaya sahib olacaq, Android  əməliyyatr sistemi ilə çalışacaq və BlackBerry təhlükəsizlik sistemi ilə istifadəçilərə uğurlu perfomans təqdim edəcək. Şirkət Priv modelində hər iki sistemi birləşdirmək üçün ciddi cəhd göstərir. Həmçinin onlar çalışırlar ki, android sistemi BES12 platformasını dəstəkləsin. BlackBerry telefonu il sonuna qədər təqdim etməyi planlaşdırır. İl sonunda bütün mağazalarda və online marketlərdə öz yerini alması üçün ciddi səylə çalışır.

 Bundan başqa şirkət həmçinin BlackBerry 10 əməliyyat sistemi üzərində də çalışdıqlarını, istifadəçilərə gələcəkdə yeni güncəlləmələr təqdim edəcəyini açıqlayıb. Bildirib ki, BlackBerry OS 10.3.3 gələn ilin martında təqdim olunacağı planlaşdırılır.

Bütün bunlardan sonra deyə bilərik ki, BlackBerry bazarda uğurlu addım atmaq istəyir. Əgər buna nail olsa onda öz nüfuzunu geri qaytara bilər. Amma təbii ki, bütün bunları bizə zaman göstərəcək. Bəs siz nə fikirləşirsiniz? Sizcə BlackBerry uğurlu ola biləcəkmi?

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi öz avtopilot texnologiyasını sərgiləyib (VİDEO)

Xiaomi şirkəti özünün avtomobillər üçün nəzərdə tutulmuş avtopilot sistemi barəsində ilk məlumatları..


Xiaomi Mi Pad 5 Pro planşeti, Watch S1 Pro smart saatı və naqilsiz Buds 4 Pro qu..

Qatlana bilən Xiaomi Mix Fold 2 və Redmi K50 Ultra smartfonları ilə yanaşı şirkət həmçinin Mi Pad 5 ..


Xiaomi insana bənzər CyberOne adlı robotu təqdim edib (VİDEO)

Xiaomi şirkəti insana bənzər CyberOne adlı robotu təqdim edib.


Samsung Galaxy Watch 5 smart saatları və naqilsiz Buds 2 Pro qulaqlıqları təqdim..

Samsung şirkəti qatlana bilən yeni smartfonları (Galaxy Z Fold 4 və Galaxy Z Flip 4) ilə yanaşı həmç..


Qatlana bilən smartfon, naqilsiz qulaqlıqlar və planşet: Xiaomi 11 avqustda təqd..

Xiaomi şirkəti 3 yeni məhsulunun tizer materiallarını təqdim edib.


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..

×