Çomic-con 2015 tədbirində iştirak edən Wesley Snipes "Blade" filminin davamı haqqında Marvel ilə danışıqlar apardığını bildirib. Tədbir çərçivəsində IGN-ə müsahibə verən aktyor bunları söyləyib:
"Bəli biz bu mövzu haqqında danışıqlar aparırıq. Bu qaçılmazdır. Biz sürətli templə irəliləyirik. Görək hər şey alınacaqmı. Hər-halda sözügedən mövzunun reallaşmasının şansı çox yüksəkdir. Əgər heçnə alınmasa bizim "Blade"-ə bənzər digər proyektimiz var" - deyə aktyor bildirib. Digər proyekt haqqında məlumat verməkdən isə aktyor imtina edib.
Qeyd edək ki, "Blade" film seriyasının davamı haqqında danışıqlar artıq bir neçə ildir ki, gedir. Wesley Snipes özü bildirmişdi ki, yenidən Blade obrazını canlandırmağa hazırdır. Seriyanın hələki son filmi hesab edilən "Blade: Trinity" 2004-cü ildə böyük ekranlara çıxmışdır. İstehsal büdcəsi 65 milyon dollar olan film 128 milyon dollar gəlir gətirərək uğursuz olmuşdur.
Şərh yoxdur