main-post-cover

    Blog nədir, Blogger kimdir?

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Blog nədir, blogger kimdir? Bu suallara bu dəfəki "blog yazımda" cavab verməyə çalışacam.

    Əvvəla bunların hardan ortaya çıxdığı haqqında bir neçə cümlə yazmaq istəyirəm. Texnologiya dünyasında artıq hərkəs bir formada özünü rahatlıqla twitter, facebook, instagram kimi mühitlərdə ifadə edə bilir və ya görüntülü olaraq youtube, vimeo kimi video paylaşım platformalarını istifadə edə bilir. Bu kimi sosial paylaşım saytlarının yanında bəzi insanlar mənə bu mühitlər fikirlərimi paylaşa bilmək üçün kifayət deyil dediyi zaman blog saytları ortaya çıxmağa başladı. Məqalənin sonuna doğru Instagram, Twitter və s. platformalarda paylaşım edib özünə blogger deyənlər barədə də bir neçə cümlə yazacam. İndi isə keçək ilk sualımıza:

    Blog Nədir?

    Blog sözü İngiliscə "web" və "log" sözlərinin birləşməsindən yaranmış və zamanla "blog" halını almışdır. Mənası isə "web gündəliyi", "onlayn gündəlik" deməkdir. Bir mövzu haqqında fikir sahibi bir şəxsin gündəlik olaraq yazı yaza bildiyi, fikirlərini paylaşdığı mühitə blog deyilir. Məsələn bir aşpaz, bir fotoqraf, bir dizayner və ya bir müəllimsiniz və özünüzü sizə aid bir saytda ifadə etmək istəyirsiniz. Bunun üçün limitsiz sayda yazı və şəkil paylaşmaq, sizi izləyənləri yazılarınızla məlumatlandırmaq istəyirsiniz. Elə bu anda blog saytları meydana gəlir.
    Blog saytlarının artmasındakı digər amma vacib bir səbəb, gördüyüz qeyri-professional və ya professional işiniz qarşılığında reklamlarla və ya birbaşa saytınız üzərindən paylaşdığınız yazılarla pul qazana bilməyinizdir. Əgər saytınıza çox sayda istifadəçi toplaya bilsəniz birbaşa reklamlarla və ya Google Adsense kimi reklam verən qurumlar ilə pul qazanmağınız mümkündür. Eyni zamanda hazırladığınız bir məhsulu və ya işi blogunuzda sataraq da pul qazana bilərsiniz(blog saytından pul qazanmaq barədə növbəti məqalələrimdən birində ətraflı məlumat verəcəm).
    Hazırladığınız blog saytından şərhlər alaraq özünüzü bu istiqamətdə inkişaf etdirə bilər, şərhlərə cavab verərək izləyicini məlumatlandıra bilərsiniz. Blog saytlarının ən gözəl xüsusiyyətlərindən biri isə istifadəçi ilə daimi təmas halında olmağınızdır.
    Sosial mediada olan hesablarınızı blogunuzla əlaqələndirərək daha çox insana fikirlərinizi çatdırmağınız mümkündür. Blogunuzda yazdığınız yazıları an içərisində sosial media platformalarında paylaşılmasına şərait yaradan plaqinlər mövcuddur.
    Bəs bunun üçün haradan başlayacaqsınız? Mən WordPress ilə blog hazırlamanın başlanğıc olaraq kifayət edəcəyini düşünürəm. Bundan başqa blogger.com saytı kimi daha başqa böyük-kiçik bir çox blog saytı yaratmağınıza yarayan platformalarda mövcuddur.
    WordPress ilə blog açmaq üçün əvvəla WordPress.Com ilə WordPress.Org arasındakı fərq nədir? başlıqlı yazımızı oxumağınızı tövsiyyə edirəm. Arasındakı fərqləri anladıqdan sonra istədiyiniz üsul ilə blog saytınızı aça bilərsiniz. Əgər mən daha bu işin başındayam, domendən, hostingdən anlamıram, elə indi çox da əziyyət çəkmədən bir blog saytı hazırlayır deyirsinizsə "WordPress.com ilə necə blog saytı yaratmaq olar?
    " adlı yazımı tövsiyyə edə bilərəm.
    Milyonlarla blog saytı və milyonlarla blogger olan web aləmində blog nədir sualına çox amma çox qısa şəkildə cavab verməyə çalışdım. Daha sonrakı yazılarımda da blog ilə bağlı əlavə məlumatlar verməyə davam edəcəm.

    Blogger kimdir?

    Hər halda yuxarıdakı açıqlamalarımdan sonra bu terminin izahını verməyə ehtiyac qalmamışdır amma mən yenə də izah edim. Blogger bu saydığım işləri internet mühitində həyata keçirən şəxsi bildirən İngiliscə bir sözdür. Azərbaycan dilində qarşılığı "Blog Yazarlığı” olaraq, şəxsi blog saytında bu işlə məşğul olan şəxsə aid bir "vəzifə”dir.

    Ölkəmizdə yeni-yeni yayılmağa başlayan Blog mədəniyyəti mövcuddur. Lakin çox insan Blogger ilə Mikrobloggeranlayışının fərqini anlamır. Yeri gəlmişkən, başlanğıcda qeyd etdiyim Instagram, Twitter və s. sosial platformalarda fikirlərini, şəkillərini və s. paylaşan şəxslər Mikroblogger adlandırılırlar. Lakin bizim cəmiyyətimizdə səbəbi bilinməsə də onlara da "blogger” deyilir, lakin bu qismən də olsa yalnış bir fikirdir. "Mikro blogging nədir?” başlıqlı digər məqaləmi oxuyaraq bu barədə də ətraflı məlumat ala bilərsiniz.
    Ümid edirəm bu məqalə "Blog nədir? Blogger kimdir?” sualına cavab axtaranlara köməkçi olacaqdır. Paylaşın ki hərkəs oxusun, məlumat paylaşdıqca çoxalır. Xeyirli bloglar...
    Linki kopyala