BMT internetlə bağlı maraqlı qərar qəbul edib

BMT internetlə bağlı maraqlı qərar qəbul edib

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) insan haqları üzrə təşkilatı öz vətəndaşlarına qəsdən internet girişinə sərhəd qoyan hər hansı bir dövləti mühakimə etmək məqsədli qətnamə qəbul edib. Həmin qətnamə daha əvvəlki "online hüquq” bəyanatına söykənərək "insanların offline-da sahib olduqları hüquqlar online-da da qorunmalıdır” şüarına BMT-nin olan dəyişməz mövqesini əks etdirir. Təşkilat əsas diqqəti Ümumdünya insan hüquqları bəyannaməsinin 19-cu bəndindəki söz azadlığı hüququna yetirir. Qətnamənin mətni barəsində razılaşma keçən həftə baş verib. Lakin fikir birliyi əldə olunmayıb. Sənədin son versiyasına Rusiya, Çin, Səudiyyə Ərəbistan, Cənubi Afrika və Hindistan kimi ölkələr öz narazılıqlarını bildiriblər. Sözügedən dövlətlər BMT-nin insan hüquqları üzrə təşkilatından qətnamədəki "online rejimdə yerləşdirilmiş məlumatlara qadağa və ya sərhəd qoyma üzrə qeyd-şərtsiz ittiham tədbirləri” bəndinin çıxarılmasını tələb ediblər. Təsdiq edilmiş qətnamə tövsiyə xarakterlidir. Yəni o hüquqi gücə sahib deyil və BMT-ə üzv olmuş ölkələr tərəfindən yerinə yetirilməsi məcbur deyil. Bununla belə qətnamə bir çox hökümətlərə təzyiq göstərərək dünyadakı bütün insanların rəqəmsal hüququları müdafiəçilərinə dəstək verə bilər. Son zamanlar bir çox dövlətlər hətda ən xırda səbəblərə görə öz vətəndaşlarına şəbəkəyə qoşulma prosesində sərhədlər qoyurlar. Access Now təşkilatı keçən il bütün dünya üzrə internet bağlantısının dayandırılması barəsində 15 hal müşahidə etmişdir. Bu il isə göstərici 20 olub. Məsələn İstanbul-un hava limanında baş vermiş terror hadisəsində sonra bütün Türkiyə üzrə sosial mediaya giriş qadağası qoyulub. Bəhreyn və Hindistan-da isə yerli sakinlərin etirazlarından sonra mobil internet söndürülüb. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×