main-post-cover

    BMW X1 yeniləndi.

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Əvvəlki versiyası ilə məşhur avtomobil portallarından müsbət rəy ala bilməyən X1 nəhayət yeniləndi. Artıq daha çox böyük qardaşı X5-ə bənzəyən kiçik krossover xələfinə nisbətən çox daha güclü bir görüntüyə sahibdir. xLİne, Sport Line və əlbəttə ki, M Sport paketləri ilə opsiya siyahısı bəzədilən model üçün ikisi benzinli, üçü isə dizel olmaqla beş ədəd 2 litr turbo mühərrik seçimi mövcuddur. SAV (sport activity vechile) seqmentinin yeni oyunçusunun ən güclü benzin mühərriki 231 at gücü və 350 nm torq hasil edir. Dizel mühərriklərdən ən məhsuldarı isə yenə 231 at gücü hasil edən lakin dizel mühərrikin verdiyi üstünlüklə torq miqdarını 450-yə çıxara bilən digər bir 2 litr turbo mühərrikdir. Transmissiya seçimlərinə gəldikdə isə X1 istifadəçiləri üçün BMW 6 pilləli manual və 8 pilləli steptronic seçimlərini təqdim edir.
    www.ann.az
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər