Azərbaycanın virtual reallıq brendi “Bombox” nədir və necə əldə etmək olar?

08.05.2017 0 PAYLAŞIM 10380 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Son illərin ən çox yatırım alan texnologiyalarından biri də məhz "Virtual Reallıq”dır. İnsanlar üçün yeni bir icad hesab edilən bu texnologiya sürətlə bütün sektorlara daxil olur. Google Facebook kimi iri şirkətlərin də yatırımları ilə böyük bir bazar payına sahib olan Virtual Reallıq texnologiyaları bütün dünyada sürətlə yayılmaqda və istifadə olunmaqdadır. Belə bir vəziyyətdə virtual reallıq həyacanını yaşamaq üçün bazara xeyli sayda "Cardboard” və Virtual reallıq cihazları daxil olur. Lakin bu cihazlar arasında hansı qiymətinə görə daha sərfəlidir? Yaxud bu cihazları bir-birilərindən fərqləndirən amillər hansılardır?


Son bir ayda Azərbaycan bazarında reklam edilən və kifayət qədər satılan "Bombox” virtual reallıq cihazları bu gün bizim əsas mövzumuzdur və bu məqaləmizdə "Bombox”u təhlil etməyi qərara aldıq. "Bombox Cardboard” "Bombox Virtual Qutu” cihazlarını təqdim edən şirkət azərbaycanlı istifadəçilərə bu həzzi yaşamağa imkan verir. Nəzərə alsaq ki, xarici saytlardan güvənilən yaxşı, və keyfiyyətli VR cihazı əldə etmək qəliz məsələdir. İstifadəçilər də bu mövzuda seçim etməkdə çətinlik çəkirlər. Sırf bunu nəzərə alan şirkət münasib qiymətə öz məhsullarını Azərbaycanda müxtəlif satış nöqtələrində müştərilər üçün əlçatan edir.


Bombox Azərbaycan brendidirmi?

Bombox brendi Azərbaycana məxsusdur və Azərbaycanın peşəkar gəncləri tərəfindən yaradılıb. Məshul Çin istehsalı olsa da, brend, marka olaraq Azərbaycana məxsusdur. Burada məhsulun Çində istehsal olması sizin ağlınızda müəyyən suallar yarada bilər. Lakin məsələyə obyektiv yanaşdıqda Azərbaycanda bu tip məhsulların kütləvi istehsalı üçün xeyli xərc tələb olunur və bunun üçün çox keyfiyyətli avadanlıqlar lazımdır. Bütün bunlar Azərbaycan bazarında tətbiq olunub istehsal olunsa, məhsulun maya dəyəri və qiyməti təbii olaraq artacaq. İri şirkətlərin də Çin bazarını istehsal məntəqəsi olaraq seçməyinin əsas səbəbi də məhz budur. Ucuz işçi qüvvəsi və kütləvi istehsal üçün Çinin əvəzolunmaz ölkə kimi qəbul edilməsi təsadüfi deyil. Yəni məhsulun Çində istehsal olunması onun keyfiyyətinə qətiyyən təsir etmir.


 

Bombox nədir?

Bombox virtual reallıq həzzini yaşamaq üçün bir vasitədir, hansı ki, CardboardVR Qutuya öz telefonunuzu daxil etməklə bu həyacanı yaşaya bilərsiniz. 360 dərəcə video texnologiyası VR-ı tamamlayan əsas texnologiyadır. Belə ki, virtual reallıq həyacanı 360 dərəcəlik videolar vasitəsilə yaşanılır. Bura təkcə videoları daxil etmək düzgün olmazdı, çünki artıq virtual reallıq oyun sənayesinə də sürətlə daxil olub. Tətbiqetmə mağazalarında virtual reallığı dəstəkləyən oyun və tətbiqlər demək olar ki, hər gün yerləşdirilir və sayları artmaqdadır. Nəticə olaraq siz bu iki cihazdan birini əldə etməklə youtube vasitəsilə 360 dərəcəlik videolar izləyə və müxtəlif oyunları oynaya bilərsiniz. Əsas məsələ isə 360 dərəcəlik videoları izləyən zaman bu cardboard gözünüzdə olanda başınızı tərpətməklə ətrafda baş verənləri sanki, yaşayırmışsınız kimi təsir bağışlayır. Film və oyun sənayesində istifadə olunan bu texnologiya artıq Porno sənayesinə də daxil olub. SuperData şirkətinin proqnozuna görə önümüzdə ki, 5 il ərzində VR 40 milyard dollarlıq qlobal bir bazara sahib olacaq və burada əsas pay Porno-nun üzərinə düşəcək.



 

Virtual Reallıq cihazları bir-birilərindən nələri ilə fərqlənir?

Bildiyiniz kimi hal-hazırda dünya bazarında xeyli sayda Virtual reallıq eynəkləri var. Hamısının çalışma məntiqi eyni olasa da, aralarında qiymət fərqini yaradan əsas elementlər VR cihazının dizaynı, linzası və materialıdır. Məhz elə Bombox Cardboard və Bombox VR Qutu arasındakı fərqlər də qeyd etdiyimiz detallardan ibarətdir. Bombox VR Qutuda linzaları gözünüzə uyğun tənzimləyə, fokus məsafəsini təyin edə bilərsiniz və əsası, qutu cardboard-a nisbətən daha uzun ömürlü və keyfiyyətlidir. Lakin virtual reallıq eynəklərində ən əsas diqqət edilən məqam onların yüngül olmasıdır. Məhz bu baxımdan biz seçimimizi cardboarddan yana edirik.

Bombox-u necə əldə edə bilərəm? Qiymət nə qədərdir?

Bombox Cardboard 10 AZN, Bombox VR Qutu isə 35 AZN təşkil edir.

1) 28 Mall, 4-cü mərtəbə (Cinemaplus)
2) KompTelBaku - Azadlıq prospekti 18A (Çatdırılma var)
3) MobileWorld - Azadlıq prospekti 37B
4) Bulud Electronics -  Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi 7x (Çatdırılma var)
5) World Telecom
6) NLT Telecom
Mağazalarında satılır.

Bombox haqqında sizi maraqlandıran digər suallara isə buradan cavab tapa bilərsiniz.
Ətrafalı məlumat üçün www.bombox.az