
Gəldilər, aramızdadırlar və virtual aləmi ələ keçirdilər. Botlar! Söhbət edir, araşdırır, məlumatlandırır , havanın vəziyyətini bildirir və xəbər paylaşırlar.
Şirkətlər üçün artıq bəzi işçiləri əvəz edəcək botlar hazırlanır və heç bir fərq hiss edilmir. Onlar internetin "nəfəs almayan işçiləridirlər".İlk olaraq mesajlaşma proqramlarında görülməyə başlayan botlar artıq bir müddətdir ki, smart telefonlardakı proqramlara keçid ediblər.Telegram, Slack, Microsoft, Kik və Facebook (Messenger) bot platformunu istifadəyə açan məşhur "simalardan" sadəcə bir neçəsidirlər. Bu böyük firmaların "Bot"ların istifadəsinə başlamış olması botların gələcəyinin olduqca açıq olduğunu sübut edir. Botlar internetin inkişafında bir sonrakı halqa olaraq görülür və yaxın zamanda dolayı yollarla hərkəsin botlardan istifadə edəcəyi proqnozlaşdırılır.
Bu da bir sual ortaya çıxarır :Haqqında danışdığımız Bot-lar nədir?
Mövzuya heç aşina olmayanlar üçün deyək ki, bot internetdə verilən bir tapşırığı yerinə yetirən proqramdır.Adətən təkrar edən tapşırıqlarda istifadə edilən bot-lar bir web saytdan məlumatları çəkməkdən,təhlükəli DDoS hücümlarına və saxta traffik yaratmaqdan,spam emaillər göndərməyə qədər çox fərqli funksiyalar yerinə yetirən proqramlardırlar.
Haqqında danışacağımız "Chat bot"ları isə istifadə etdiyimiz mesajlaşma/chat proqramlarında "yaşayan" və bizlər ilə söhbət edə bilən bot`lardır. Ancaq istifadə çevrələri sadəcə mesaj yazmaqla sərhədlənmir.Chat Botlarını şirkətlər üçün yararlı edən ən əsas xüsusiyyət onların "analiz edə bilmə" qabiliyyətləridir.
Misal olaraq sizinlə "söhbət edən" bot sizə necə kömək edə biləcəyini soruşduqda və siz "Müştəri xidmətləri" ilə görüşmək istədiyinizi yazdıqda müştəri xidmətlərinə aid əlaqə nömrələrini saniyələr içində sizə göndərə bilmək qabiliyyətinə malikdir. Yenə də bütün chat bot-ları bu nümünə ilə sərhədləndirə bilmərik çünki hələ yolun başında olan chat bot-larının qısa vaxt ərzində milyonlarla növünün hazırlanması gözlənilir.
Chat bot-lar nə üçün istifadə edilir?
Artıq işləyən bir neçə bot nümunəsini sizlərin diqqətinizə çatdırmaq istəyirik.
Washington Post
"WaPo Bot" olaraq adlandırılan chat bot-uyla xəbərləri bölüşməyə hazırlanan Washington Post xəbərləri araşdıra biləcək , istifadəçilərlə danışıb, onlarla söhbət edəcək bir chat bot hazırlayıblar. Wapo Bot-un "Donald Trump ilə bağlı son yenilik nədir?" tipli suallara cavab verə bilir. Washington Post-un Facebook sosial şəbəkəsindəki səhifəsinə yazdıq və ondan artıq çoxunuza tanış olan
Pokemon Go barədə xəbərləri soruşduq.
Sephora
Kik mesajlaşma proqramının ilk chat bot-larından olan Sephora, istifadəçilərinə makyaj önərilərini video və şəkillərlə çatdırır. İstifadəçilərini tanımaq və daha uyğun təxmin yürütmək üçün onlar ilə kiçik sual-cavab dialoqları qurur.
Hava Proqnozu
Kik içində Hava Kanalı (Weather Channel) chat botu o anki hava proqnozu və daha sonrakı 3-7 günün təxminlərini istifadəçilərinə çatdıra bilir. Və əgər istifadəçi istərsə sistemə bir dəfə qoşulmaqla gündəlik hava proqnozu xəbərdarlığı əldə edə bilir.
Bot-lar haqqında bu hələ son paylaşımımız deyil. Dediyimiz kimi , bot-lar hərgün , hər an, hər dəqiqə yenilənir və daha professional botlar hazırlanır. Bot-lar haqqında növbəti paylaşımımızda Azərbaycan şirkətlərinin istifadə etdiyi chat bot strategiyaları barədə danışmaq ümidi ilə.