main-post-cover

    Brabus-dan 700 at gücündə Mercedes AMG GLE 63S

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Mercedes-in kupe-krossover seqmentindəki ilk oyunçusu GLE 63S yenə Brabus-un emalatxanasında qonaq olub. Toxunduğu hər avtomobilə xüsusi aqressiv görüntü verən Brabus sözsüz ki, GLE 63S-də də bu xüsusi məqamı unutmayıb. Xüsusi qara rəng tonu ilə boyanan avtomobilin 23 düym ölçülü Monoblock Y diskləri, yeni aerodinamik kit-in karbon çıxıntıları, öndə iri difuzer və arxadaki spoyler onu adi GLE-dən gözlə ayıran əsas cəhətlərdir.

    GLE B63S-in mühərriki də onun dizaynı ilə uyğunlaşır. Avtomobilin motoru adi versiyadan fərqli olaraq daha böyük kompressorlarla təchiz olunub hansı ki, mühərrikdəki hər iki turbonun daha çox təzyiqdə işləməsinə imkan yaradır. Texniki yeniləmələrin nəticəsi olaraq Mercedes AMG GLE 63S 700 at gücü hasil edə bilir. Beləliklə bu 2 tonluq SUV 0-dan 100 km/saat sürətə cəmi 4 saniyədə çatır. Avtomobilin maksimum sürəti isə 280 km/saat-dan 320 km/saat-a qalxıb.


    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər