

The Hollywood Reporter nəşriyyatının verdiyi məlumata görə Brad Pitt və Marion Cotillard hələki adı məlum olmayan müharibə haqqında dram janrlı filmdə rol alacaqlar. Filmin rejissoru Robert Zemeckis olacaq. Ssenariyə əsasən hadisələr İkinci dünya müharibəsi zamanı cərəyan edəcək. İki xəfiyyə Alman səfirini aradan qaldırmaq üçün işğal olunmuş Kasablanka-ya yola düşəcəklər. Lakin sonradan iki xəfiyyə arasında romantik əlaqələr yaranacaq və bu onların evlənməsinə gətirib çıxardacaq. Bir müddətdən sonra isə Brad-in personajı həyat yoldaşının əslində ikiqat xəfiyyə olaraq Alman kəşfiyyatı üçün çalışdığını öyrənəcək. Filmin ssenarisini Steven Knight hazırlayacaq. Güman olunur ki, çəkilişlər artıq 2016-cı ilin əvvəlində başlayaraq Kasablanka, London və Kanada-da baş tutacaq. Filmin premyera tarixi isə hələki bilinmir. Qeyd edək ki, Brad Pitt ilk dəfə deyil ki, İkinci dünya müharibəsi mövzusunda olan filmdə iştirak edir. 2009-cu ildə o "İnglourious Basterds" , 2014-cü ildə isə "Fury" filmində rol almışdır.
Şərh yoxdur