

Bradley Cooper "Deeper” adlı yeni fantastik filmdə rol alacaq. Filmi venqriyalı rejissor Kornel Mundruczo’s çəkəcək. Aktyor özü filmdə Eddie Breen adlı keçmiş astronavtı canlandıracaq. Eddie okean dərinliyində kəşf olunacaq yeni çökəkliyə enməyə razı olacaq. Çökəkliyin daha dərininə endikcə o başa düşəcək ki, qeyri-adi güclər ona həm mənəvi həmdə fiziki təsir edir. Filmin ssenarisini isə Max Landis ("Chronicle”, "American Ultra”) hazırlayacaq. O həmçinin filmin prodüsserlərindən biri olacaq. "Deeper” filminin çəkiliş qrafiki və böyük ekranlara çıxma tarixi hələki bilinmir.
Şərh yoxdur