
Braziliya-nın federal məhkəməsi Facebook-u külli miqdarda cərimə edib
Sosial Media
07.05.2017
Farid Pardashunas
Braziliya-da federal məhkəmə Facebook-un hesabındakı vəsaitin
11.7 milyon dollarına əl qoyub. Bu qərar Facebook-un Braziliya polisinə bəzi WhatsApp
istifadəçilərinin şəxsi məlumatlarını verməkdən imtina etməsi nəticəsində qəbul
edilib. Braziliya məhkəmələri öz ərazilərində WhatsApp-ın deaktiv edilməsi üçün
4 dəfə qərar vermişdilər. Lakin bu qərarlar Facebook və bəzi telekommunikasiya
şirkətlərinin apelyasiya məhkəmələri nəticəsində ləğv edilmişdir. İyun ayının
sonunda Londrina (Braziliya, Parana ştatı) şəhərinin federal məhkəməsi şirkətin
6.1 milyon dollar vəsaitinə əl qoyulması barəsində qərar çıxartmışdır. Bu məbləğ istintaq orqanları ilə əməkdaşlıqdan imtina
edərək Braziliya höküməti tərəfindən təyin edilmiş cərimənin miqdarı ilə uyğun
idi. O vaxt ölkənin hüquq-mühafizə orqanları şirkətdən şüphəli WhatsApp istifadəçilərinin
yazışmalarını tələb edirdilər. Lakin Facebook bu məlumatları təqdim etməkdən
imtina etmişdir. Şirkətin bildirdiyinə görə Facebook istifadəçilərin şəxsi
yazışmalarına sahib deyil.
Linki kopyala
Həftənin xəbərləri

