Brend anlayışı necə formalaşdırılır? Diqqətə almalı olduğunuz vacib məqamlar

Brend anlayışı necə formalaşdırılır? Diqqətə almalı olduğunuz vacib məqamlar

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 

Müəyyən bir biznes sahəsində tanınmaq vacib xarakter daşıyır. Biznesinizi bir brend halına gətirmək istəyirsinizsə, 5 əsas xüsusiyyəti bilməyiniz vacibdir.


1) Reklam vasitəsi olaraq nədən istifadə etmək olar?

Bir çox mobil cihaz və elektronika markaları bu istiqamətdə müxtəlif addımlar atmaqdadırlar. Məsələn, bunlar arasında ən çox bilinəni, brendin satışa çıxarmadığı cihazlarının şəkillərini mediaya sızdırmasıdır. Və artıq istehlakçıda həmin məhsula qarşı xüsusi maraq formalaşmış olur. Buna aid başqa nümunə isə bir kitabın satışını həyata keçirmək üçün olunan reklam kampaniyasını göstərmək olar. Belə ki, kitab satışını təşkil edən şirkət milyonerin oğlunun kitabdakı personajın xarakterini daşıyan bir xanımla evlənmək istədiyini bildirib və artıq bir neçə gün içində həmin kitab satılıb qurtarıb. İnsanlar bunun gerçəklik payının az olduğunu fikirləşsələr belə, beyinlərində "hansı xüsusiyyətə malik insan axtarır?” fikri artıq məqsədin reallığa çevrilməsinə şərait yaradır.


2) Brend olmaq üçün maliyyəni düzgün formalaşdırmaq

Məhsulunuzun brend olması üçün yaradıcı fikirlər tapmağınız sizin xeyrinizə olar. Məsələn, maraqlı reklam çarxı çəkmək, maraqlı stikerlər paylaşmaq bunlar arasında yer alan əsas ünsürlərdəndir. Belə fəaliyyətlər brendinizin daha çox tanınmasına şərait yaratmaqla bərabər böyük kütləyə də xitab etmiş olar. Bu işdə SMM-lərin rolu olduqca böyükdür. Bu yolla siz kütlənin şüur altına təsir edərək qeyri-iradi sizin məhsulunuzu seçmələrinə şərait yarada bilərsiniz.

3)Qlobalı nəzərə alıb, regionaldan uzaqlaşmaq olmaz

Uğurlu biznes qurmaq və öz məhsulunuzu brend halına gətirmək istəyirsinizsə, ilk olaraq öz olduğunuz regionu nəzərə alın. Unutmayın ki, hər ölkənin özünə uyğun ənənələri var və öz biznes strategiyanızı buna uyğun idarə etməlisiniz. Məsələn, işığın olmadığı bir Afrika bölgəsində internet biznesi qurmağınız mənasızdır.

4)Fərdiliyin olması vacibdir

Brend olmaq istəyiniz varsa, fərdi brend formalaşdırmalısınız. Hal-hazırda bazarda çoxlu sayda brend olmasına baxmayaraq, sizin diqqətinizi cəlb edən neçəsi var? Brend olmağın əsas xüsusiyyəti kütləyə ilham vermək və eyni zamanda "brend fərdiliyinə” diqqət yetirməyinizdir.


5)Brendiniz haqda danışanlar

Brendinizin etibarlılığı hər şeydən önəmlidir. Bu eyni bazarda rəqib olduğunuz digər şirkətlərlə aranızdakı fərqi ortaya çıxaracaq. Bu işdə də təbii ki, kəmiyyətdən daha vacib olan keyfiyyət faktoru öz sözünü deməkdədir. Ona görə də formalaşdıracağınız fikrə önəm verməyiniz vacib şərtdir. Necə deyərlər, "Müştəri müştəri gətirir.”



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×